8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sozcu.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Cavad Cavadovun müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.
Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi araşdırıb.