15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
"Report” "ABC News”a istinadən xəbər verir ki, qəza nəticəsində 40-dan çox adam xəsarət alıb. Lonq Aylenddə baş verən qəza nəticəsində avtobusun dam örtüyü tam sıradan çıxıb.
Ştat polisindən bildirilib ki, qəza nəticəsində avtobusda olan 44 nəfərdən 42-si xəsarət alıb. Yaralıların çoxu ağır xəsarətlər alıb. Yerli KİV avtobusun Avropaya səyahətdən qayıdan uşaqları Con Kennedi adına Beynəlxalq Hava Limanından yola çıxardığını qeyd edib.