RUSİYADA AZƏRBAYCANLI “OVU” GÜCLƏNİR -
Tanınmış iş adamını Navalnıya necə “calayıblar”?
Ötən il 38 qızqaçırma olub -
Bir ilin cinayətləri
“Rəqsanə İsmayılova onkoloji xəstədir” -
Aysu
Məhəmədlidə qanunsuz tikilən evlər necə kreditlə satılır….
Hansı məmur “makler”ləri himayə edir?
Sabunçu İcra Hakimiyyətinin nəzərinə - Balaxanı zibil içində batıb gedir...
FOTO
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi
İxtisas seçimi başa çatdı:
Ən şanslı qrup...
Saray körpüsü yaxınlığındakı obyektlər sökülür -
VİDEO
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Məşhur aktrisa böyrəklərindən əməliyyat olundu
Binəli Yıldırım İlham Əliyevə məktub ünvanladı
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI -
“Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Əvvəlki
Sonrakı
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
3-07-2025, 22:15
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Yerlə sürüyürdü, bədənimi ütüylə yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün" – BİR GƏNCİN QAN DONDURAN HEKAYƏSİ
Aliyəni tapanda polislər və hüquq müdafiəçiləri dəhşətə gəlmişdilər...
...Həmin gecə Aliyənin yuxusu gəlmir. Başını qatmaq üçün “Facebook”a girir. Bir elan diqqətini çəkir:
“Özüm namaz qılanam. Ailə qurmaq istəyirəm. Dindar qız axtarıram. Cəmi bir dəfə ailəli olmuşam. Evliliyim cəmi bir gün çəkib”.
Altında da çoxlu neqativ rəylər. Əksəriyyət statusun sahibini təhqir edir, onu manyak, narkoman adlandırır. Bu, Aliyəyə şübhəli gəlir. Ola bilməz axı, bu qədər adam bunu tanısın?! Özü də bilmədən həyatının səhvini edir: “Bəyəm siz onu tanıyırsınız ki, belə şey yazırsınız?” – deyə rəy yazır.
Və hər şey tək bu rəylə başlayır. Aliyənin o rəyi yazmaqla ona dəstək olduğunu düşünən Rüfətdən ona mesaj gəlir:
“Onlar yalan danışır, mən narkoman deyiləm. İstəyirsiniz, gəlin görüşək, qollarımı göstərim. Mən normal adamam. Sadəcə olaraq, bəxtim gətirmədi. Bu gün evləndim, sabah boşandım”.
Mansurova Aliyənin 27, Mehdiyev Rüfətin isə 35 yaşı var. Hər ikisi evlənəcək, ailə quracaq yaşdadırlar. Zamanla onlar arasındakı virtual ünsiyyət daha da isinir və telefonla danışmağa başlayırlar. Telefon danışıqlarının uzun çəkdiyini görən Aliyənin anası dəfələrlə qızını tənbeh edir. Niyyətinin ciddi olduğunu sübut etmək istəyən Rüfət Aliyənin ailəsiylə danışmaq qərarına gəlir. O, “evlənəcək cütlüyün bir-birini əvvəlcədən tanıması gərəkliyini deyir:
“Şəkildə adam bir cür düşür, həyatda başqa cür. Görüşək, tanış olaq”.
Aliyənin anası əvvəl etiraz etsə də, sonradan onların görüşünə icazə verir. Rüfət qızın anasına kişi kimi söz verir ki, narahat olmasın, bir-iki saat söhbət edib qızı evlərinə gətirəcək.
Martın 29-a “Koroğlu” metrostansiyasının qarşısında görüşürlər. Rüfət Aliyəyə evə getmək məcburiyyətində olduğunu bildirir. Həyətdəki itin yeməyini verməyi unudubmuş. Bir qədər dil tökəndən sonra Aliyəni onunla evə getməyə razı salır. Deyir, mən müsəlmanam, İslama görə nikahsız bir qadına toxunmaq günahdır. Aliyə Rüfətin də inancına güvənib razılaşır. Lakin bir şərtlə ki, o maşında gözləyəcək.
Beləliklə, onlar Rüfətin Zabratdakı evinə gedirlər. Evə çatanda Rüfət yenə şirin dilini işə salır və eyni sözlərlə Aliyənin maşından düşməsinə nail olur. İtin yeməyini verir, sonra onlar evə keçirlər. Rüfət Aliyəyə təklif edir ki, evə göz gəzdirsin, evdə nəyin olub -olmadığına baxsın. Gələcəkdə cehiz gətirərkən ona lazım olacaq.
- Evə girəndə divanın açıq olduğunu gördüm. Narahat oldum. Rüfətə dedim, məni evə aparsın. Həyətdə Qafqaz cinsindən olan “ovçarka” saxlayır. Özüm çıxıb gedə bilməzdim. Açıq qoymuşdu. Çıxsam parçalayacaqdı. Rüfət elə öyrətmişdi ki, özündən başqa hamıya cumurdu. Yavaş-yavaş mənə yaxın gəlməyə başladı. Bunun günah olduğunu desəm də, etməsin deyə, dil tökdüm məhəl qoymadı. Əlimdən tutanda etiraz elədim. Üzümə sillə vurdu. Dalınca bir neçəsini də vurdu. Yıxıldım divana.
Aliyənin heç bir sözünə əhəmiyyət verməyən Rüfət əvvəldən planlaşdırdığı niyyətini reallaşdırır.
- Evə getmək istəyirdim. Nə qədər yalvarsam da, mənə fikir vermirdi. Dedim, nə olub olub, apar məni evimə. Yaşlı anam-atam var. Dedi, bu qapıdan çıxsan, bir daha üzümü görməyəcəksən. Sonra mamam zəng etməyə başladı. Çünki Rüfətin dediyi vaxtdan xeyli keçmişdi. Hava qaralırdı. Hər dəfə mamamın zəngini cavabsız qoyurdu. Sonda telefonu açıb dedi ki, Aliyə daha mənim qadınımdı və o evə qayıtmayacaq.
Ana vəziyyəti ərinə danışır. Aliyə onların yeganə övladı idi. Bu formada ərə getməsini istəmirdilər. İsrarla Rüfətdən Aliyəni evə gətirməsini tələb etsələr də, Rüfət əgər Aliyə bu qapıdan çıxarsa, bir daha onun üzünü görməyəcəyini deyir. Evdə bakirəliyi pozulmuş qızla camaatın onların ailəsi haqqında nə düşünəcəyini öncədən təsəvvür edən yaşlı ata-ana məcbur susmalı olur: “Təki, qızımız xoşbəxt olsun!”
Bir neçə gündən sonra Rüfət Aliyəni Nardaran pirinə aparır və orada hər iki tərəfin qohumların iştirakı olmadan dini kəbin kəsdirir. Bundan sonra oğlanın anasıgilə gedirlər. Qayınanası Aliyənin barmağına üzük də taxır.
Aliyə qaçırılmazdan əvvəl özəl şirkətdə müdir köməkçisi işləyirdi. Ailə qurandan sonra da işinə davam edir. Hər şeyə qısqanan Rüfət Aliyənin işləməyinə razı olur. Aliyə əvvəldən onun banka kredit borcunun olduğunu desə də, aylıq ödəniş gününün vaxtı çatanda Rüfət dava salır.
- Papagilə getdik. Dedi ki, evi satıb qızınızın kreditini bağlayın. Papam da dedi ki, az-az özüm ödəyərəm. Beş min üçün evimi niyə satım ki?!
- Krediti nə üçün götürmüşdün?
- Anamı və özümü müalicə etdirdim. Qalan pula da evin təmirini bitirdim. Maaşım normal idi. Bunu nəzərə alıb götürmüşdüm.
Qayınatasının “yox” cavabı Rüfəti qane etmir. Evə qayıdandan sonra hirsini hamilə arvadından çıxır. Aliyənin atası isə sonradan Rüfətlə razılaşır və “müştəri çıxsın satacağıq”, deyir. Lakin evin satışı yubandıqca, Rüfət acığını arvadından çıxır.
Rüfətin evinə gəldiyi ilk gündən uşağa qalan Aliyənin ər evində qara günləri başlayır. Ərinin onu döyməyə daim bir səbəbi olur. Bir dəfə yemək duzlu olanda, növbəti dəfə Aliyə qaytaranda.
- Bütün qadınlar hamiləlikdə ürəyi bulanır, qaytarır. Amma Rüfət icazə vermirdi. Deyirdi, israf edirsən yeməyə. Bir neçə dəfə hətta öz qusuntumu yeməyə də məcbur edib. Çarəsiz yeyirdim. Qız vaxtından çay içməkdən xoşum gəlməz. İçəndə qaytarmağım gələrdi. O, mənə su içməyə qoymurdu, balaca fincan çaya elə olurdu üç xörək qaşığı şəkər atıb məcbur edirdi içim.
Yenə döyüləcəyindən qorxan qadın ərindən xəlvət ürəyi yananda ayaqyolundakı krantdan istifadə edir. Aliyənin ər evindəki işgəncələri günü-gündən dözülməz həddə çatır. Zamanla silləylə başlayan zərbələr sonra təpiklə əvəzlənir.
- O evə gələn günü telefonumu əlimdən aldı. Günü bu günə qədər də mənim telefonumu işlədir. Nömrəmi sındırdı. Mamamgildə köhnə telefon vardı. Dedi, versinlər sənə. Öz adına təzə nömrə aldı. Kimsəylə danışmağa qoymurdu. Ancaq özünə zəng edə bilirdim. Nə mamama, nə papama zəng edə bilməzdim. Nömrə onun adınaydı. Sonra zənglərin siyahısını çıxartdırıb xəbər tutardı deyə, gizlin də zəng etməzdim. Bir dəfə hamiləliklə əlaqədar rəfiqəmə zəng etmişdim. Həkimdi. Onu deyəndə məni bərk döydü. Ondan sonra qəti heç kimə zəng etmədim. Döyülmək istəmirdim. Onsuz da hər gün döyülürdüm.
May ayında özünün iş tapdığını deyib, Aliyəni işdən çıxarır. Bundan sonra Aliyənin vəziyyəti daha da pisləşir.
- Nəsə xoşuna gəlməyən kimi saçımdan tutub evdə sürüyürdü, başımı “pol”a döyürdü. Yerdə futbol topu kimi oynadırdı. Mən ancaq qarnımı tuturdum ki, zərbə dəyməsin.
Yemək yeyirdik. Nəsə soruşurdu, mən cavab verirdim. Deyirdi, sən mənə sakit cavab verdin. Qalxırdı, üzümdən vururdu. Mətbəxdə arxası olmayan stullar idi. Üzümdən vuran kimi arxası üstə yerə dəyirdim. Uşağımın hələ də sağ qalması möcüzədir. Həkimlər də belə deyir. Çox adam məni qınayır ki, niyə mamangilə demirdin, niyə qaçmırdın evdən? Evdən necə qaça bilərdim? Həyətdə o boyda it vardı. Rüfətdən başqa kimsə yaxın düşə bilmirdi. Hətta pəncərəni siləndə belə qorxurdum ki, yıxılsam it yeyəcək. Mamagillə ancaq onun telefonu ilə danışırdım. Yüksək səsliyə qoyurdu, danışığımıza özü də qulaq asırdı. Onun məni döydüyünü onlara necə deyə bilərdim? Mamagil soruşanda, “hər şey yaxşıdı”, deyirdim.
İyunun biri anasının doğum günüdür. Bu zaman Rüfət təklif edir ki, anası ad gününü qızıyla birgə keçirsin və qayınanasını evinə gətirir.
- Axşam mamamı bizə gətirdi. Mamaya dedi ki, siz evi satmaq istəmirsiniz. Mama da dedi, niyə satmaq istəmirik? İstəyirik. Əgər səni bankdakı kredit narahat edirsə, satıb ödəyərik. İndi də bunu bəhanə edib başladı məni döyməyə. Və başladı mamamın yanında məni döyməyə. Ha yalvardım ki, döymə da, mama burdadı. Həm də bu gün ad günüdür. Xeyri olmadı. Onda qolum qanamağa başladı. Daha əvvəl döyəndə çapılmışdı. Üst-üstə o qədər vurmuşdu ki, yara sağalmırdı. Yenə qaysağı qopdu, qolumdan qan o qədər axdı ki, onun köynəyinə də bulaşdı. Mama bunu görüb bərk qorxdu. Yüksək təzyiqi var mamamın. Əvvəl istədi çölə qaçıb polisə zəng eləsin. Qapını açan kimi itin səsini eşidib geri qayıtdı. Axşam səkkizdən gecə birə qədər döydü məni. Sonra dedi, yatın. Sabah davam edərik.
- Anan səni onun əlindən ala bilmədi?
- Siz onu tanımırsınız. Keçmiş boksçu olub. Mamam xəstə adamdı. Ona gücü çatardı? Sabah məni yanına çağırdı ki, mamanla getmək istəyirsən? Dedim, hə. Ondan əvvəl də mənə sual vermişdi ki, istəyirsən səni evinə buraxım? Dedim, hə. Dedi, bu evdən ancaq şikəst çıxa bilərsən. Dedim, razıyam. Şikəst olum, amma burax məni. Onda dedi, belinin üstünə uzan, qarnının üstünə hoppanacam. Uzandım. Hoppanmaq istəyirdi ki, son anda dayandı. Dedi, yox, üzü üstə çön. Çöndüm. Başladı ayağı və dirsəyi ilə belimə vurmağa. Dedi, uşağın düşəcək, sən də şikəst olacaqsan. Uşaq düşmədi. Sonra gəldi üzr istədi. Dedi, əsəbiydim, bağışla. Ümumiyyətlə, hər döyəndən bir-iki saat, ya bir gün sonra üzr istəyirdi. Söz verirdi, Allaha, peyğəmbərə, Qurana and içirdi ki, bir daha döyməyəcək. Amma döyürdü.
- Ananlizla getdiz?
- Yox. Mən getmək istədiyimi deyincə, başladı mamamı təhqir eləməyə. Məndə də dedim ki, Quranda da yazılıb ki, valideyn müqəddəsdir. Mən heç vaxt sənin valideynlərinə, bacına pis söz deməmişəm. Onda dedi, üzünü o günə salacam ki, bütün Bakı tanıyacaq. Onda da məcbur qalıb, dəyər-dəyməzinə evi satıb sənin üzünü müalicə etdirəcəklər.
Bundan sonra evdəki ütünü cərəyana qoşur.
- Diz üstə çöküb başladım yalvarmağa ki, eləməsin. Mənə əl dəymə. Dedi, yaxşı, onda mamanı yandıraram. Qaynar ütünü də götürüb mamamın üstünə getdi. Mən də dalınca. Mama qorxudan yerindəcə donub qalmışdı. Ütünü mamamın üzünə yaxınlaşdırırdı ki, qışqırdım ki, nə istəyirsən mənə elə, mamama dəymə! Qayıtdı yanıma, nə fikirləşdisə, qaynar ütünü üzümə yox, əlimə basdı. Mən qışqırdım. Sonra anasına zəng eləyib, gülə-gülə dedi ki, Aliyəni eşşək balası kimi döydüm. İndi də mamasıyla getmək istəyir. Anası ona nə desə yaxşıdı? Üzüyü soruşdu. Bütün günü evdəydim, üzüyü taxmırdım da. Dedim, otaqda şkafdadı. Heç maraqlanmadı qızı niyə döymüsən? Niyə yandırmısan əlini? Ancaq pul, qızıl maraqlıdır onlara. Bir qədər sonra hirsi soyudu. Diz çökdü qarşımda, başladı yalvarmağa: “Xahiş edirəm məni tərk etmə! Bir də səni döysəm, kişi deyiləm!” Mamamın əlindən öpdü, söz verdi ki, bir daha heç nə etməyəcəm, bircə ərinizə heç nə deməyin. Mən qaldım, mama getdi evə.
- Atanıza heç nə demədi?
- Sonradan öyrəndim ki, mama evə gedəndən yatağa düşüb. Papam da hiss edib ki, bizdə nəsə olub. Mama bərk qorxmuşdu. Dilə tutub, öyrənib məsələni. O ərəfədə də Rüfət zəng edib papama deyibmiş ki, əgər evi iyunun 26-na qədər satmasanız, qızınızı sizə hissə-hissə qaytaracam. Əvvəl barmaqlarını göndərəcəm. İyirmi altısı mənim doğum günümdür. Mamam da bizdə gördüklərini danışınca, atam Abşeron polisinə şikayət edib. Bir neçə gün gözləyib, görüb, polisdən səs çıxmır. Onda papam Mehriban Zeynalovaya müraciət eləyib. “Təmiz dünya” İctimai Birliyinin sədrinə. İyunun 13-ü, şənbə günü idi. Axşam saat on olardı. Gördüm qapı bərk döyülür. O, mənə icazə verməzdi qapını açam, həm də həyətdə it vardı. Qorxurdum çıxmağa. Mayın 27-də də gecə üçün yarısı qapıya polis gəlmişdi. Rüfəti götürüb apardı. Səhər anasına zəng etdim ki, bəs belə-belə oldu. Anası dedi ki, danışmışam, axşama buraxacaqlar. Buraxdılar da. Sonra bildim ki, kimisə döyübmüş, ona görə tutublar. Rüfət özü dedi ki, bacım kömək elədi, buraxdılar. Elə bildim, yenə onun dalınca gəliblər. Zəng etdim özünə. Bir saat keçmişdi, qapı açıldı, içəri ona yaxın adam girdi. Rüfətin anası da gəlmişdi. Bir nəfər də ayrı qadın. Tanımadığım qadın mənə dedi ki, təklikdə mənimlə söhbət etmək istəyir. Otaqda öyrəndim ki, bu qadın Mehriban xanımdı. Hər şeyi etiraf elədim ona. Dedim, çox qorxuram. Dedilər, bölməyə getməli, izahat yazmalıyam. Sabunçu rayonu, 15-ci polis bölməsin. Əvvəl Rüfət etiraz elədi, sonra razılaşdı. Orda bizim bölmə rəisi gözləyirdi. Dedi, arvadıma təklikdə bir söz deyim, sonra gedərik. Otağa girdik. Başladı mənə yalvarmağa ki, doğulacaq balamın canına and içdi ki, bir daha sənə əlimi vurmayacam. Heç yüksək səslə danışmayacam. Sənin üçün qul olacam. Bircə, məni tərk eləmə. Getdik bölməyə. Mənimlə anası Rüfətin maşınıyla getdik. Yolboyu maması elə hey gileylənirdi ki, evə polis gətirdilər, biabır olduq. Bölmədə izahat versəm də, dedim, mən qayıdıram evimə, ona sonuncu dəfə şans vermək istəyirəm. Bəlkə düzəldi. Buna baxmayaraq, mənə tibbi ekspertizaya yazdılar. Səhər dördə qədər bölmədə olduq. Evə gələndə maşında Rüfət, anası, bir də mən vardım. Məni evə düşürəndə dedi ki, gözlə gör sənin başına nə oyun açacam. Anamı evinə düşürüb gəlirəm. O gedən kimi Mehriban xanıma mesaj yazdım ki, çox böyük səhv elədim. Birini də polisə göndərdim ki, mən qayıtmaq istəyirəm. Dalınca valideynlərimə zəng elədim. Dedim, mən çox böyük səhv elədim, evə qayıtmaq istəyirəm. Mən sizə xəbər edəndə, polisə xəbər verərsiniz. Rüfət edə gələndə mənə dedi ki, divara söykən dur. Mənim də taqətim qalmamışdı. Divardan sürüşüb düşürdüm yerə. Yıxıldıqca, saçımdan tutub təkrar qaldırırdı. Dedi, evə ikinci qadın gətirəcək. Sən də onu qəbul edəcəksən. Bir qədər sonra qapı döyüldü. Qonşu gəlmişdi. O qapıya çıxan kimi valideynlərimə zəng elədim. Həmin gün polislər təkrar gəldilər. Bu dəfə atamda gəlmişdi. Atamı görən kimi başladı diz çöküb yalvarmağa. Gah mənə, gah atama. Bu dəfə inanmadım. Yeriyə bilmirdim. Atam çiynimdən tutub evdən çıxaranda Rüfət qapını bağladı. Atam qapıya bərk vurdu. Müstəntiq çöldə idi. Hicabsız idim deyə, içəri girməmişdi. Çöldən qapını açdı və biz çıxdıq. Həmin günü evimə gəldim.
Bundan sonra faktla bağlı cinayət işi açılır və iş Suraxanı rayon Polis İdarəsinə verilir.
- Əvvəl 133 - cü maddə (işgəncə vermə) cinayət işi açılmışdı. İndi baxıram, maddəni 128-ə (qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişiblər. Rüfətin bacısının əri ərəbdi. Küveytdə yaşayır. İmkanı yaxşıdı. Rüfətə maddi kömək olur. iyulun 27-də Rüfəti 133-cü maddə ilə tutdular. Avqustun 23-də maddəni 128-ə dəyişib, ayın 27-də buraxıblar. Azadlığa buraxıldığını məhkəməmiz olacağı haqda bildiriş gələndə bildim.
- Narazılığınız nədəndi?
- Mənim xəbərim olmadan müstəntiq maddəni dəyişib. O, mənə yüngül xəsarət yetirməyib. Hamilə olduğumu bilə-bilə dəfələrlə mənə işgəncələr verib. Sentyabrın 29-da birinci məhkəməmiz oldu. İşə baxıldı və məhkəmə tərəfindən işi aparan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Məmmədov Asəf haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərini pozulması barədə xüsusi qərar çıxarılması göstərildi. İşə təzədən baxılması üçün vəsatət qaldırmışdım. Vəsatətim qismən təmin edilib. İş prokurorluğa qaytarılıb. Mənim işimə tam baxılmalıdır. Tələbim odur ki, 133-cü maddə qaytarılsın, Rüfət həmin maddə ilə cəzalanmalıdır. O, mənə dəfələrlə təcavüz edib, sağlamlığıma zərər yetirib. Tibbi ekspertizanın rəyində də qeyd olunub. Kəllə-beyin travması almışam, bədənimdə çapıq izləri, əlimin üstündə yanıq izi var, hamilə vəziyyətə dəfələrlə döyülmüşəm. Buna yüngül xəsarət demək olar? Dəfələrlə döyüldüyümü sübut edəcək fotolar, ekspertizanın rəyi var. Şahidlərim var. Mamamın gözü önündə döyüb, ütü ilə əlimi yandırıb. Rüfət mənə dəfələrlə zəng edib yalvarıb ki, onu bağışlayım. Hətta mənə pul da təklif ediblər. Yaxın durmamışam. Mən A. Məmmədovdan dəfələrlə soruşmuşam, məni əmin edib ki, istintaq 133-cü maddə ilə aparılır. Rüfət də sentyabrın 27-dək Kürdəxanıda qalacaq. Amma yalan deyib. O, mənə təklif edirdi ki, onların mənə təklif etdiyi pulu götürüb, Rüfətlə geri qayıdım. İki həftə olar iş prokurorluqdadı. Amma mənə heç bir məlumat verilməyib, çağırmayıblar da. İş kimə verilib, bilmirəm. Nigaranam. Növbəti müstəntiq işi necə aparacaq? Onu da bilmirəm. Ailəsi təzədən pul verib öz əməlini təzədən ört basdır edəcək, yoxsa ədalətli qərar verəcək? Hamilə qadının hüquqlarını belə tapdalamaq olar? Bu işin axırı necə olacaq, bilmirəm?
***
Aliyə artıq öz evindədi. Ata və anasının yanında. Daha Rüfət onu incidə bilmir. Etibarlı əllərdədir. O da, bətnindəki 7 aylıq balası da. Hələ dünyaya gəlmədən atası tərəfindən şiddətə məruz qalmış körpənin vəziyyəti də yaxşıdır. Elə Aliyənin özü də. “Təmiz Dünya” İB tərəfindən reabilitasiya alıb. Həyata ümidlə baxır. Səbirsizliklə balasının doğulacağı günü gözləyir. “Onun üçün yaşamağa dəyər!”, deyir. Tək istəyi məhkəmənin haqqında ədalətli qərar verməsi, Rüfətin layiqincə cəzalanmasıdır. Bundan sonra gələcək Aliyələrin təkrar bunları yaşamasın deyə.
Oxşar Xəbərlər
Məşhur model: “Evlənməyə azərbaycanlı xanım axtarıram”
Azərbaycanın boşanmış müğənniləri
Artur Rəsizadəylə qaydanı pozan komissiya sədri: “İstəyirsiniz, baş nazirin özünə də zəng edim...”
27 yaşlı ailəli gəncin intiharına kimlər səbəb olub? - Məhkəm hakimi və icraçılarının özbaşınalığı
Xəbər lenti
RUSİYADA AZƏRBAYCANLI “OVU” GÜCLƏNİR -
Tanınmış iş adamını Navalnıya necə “calayıblar”?
Ötən il 38 qızqaçırma olub -
Bir ilin cinayətləri
“Rəqsanə İsmayılova onkoloji xəstədir” -
Aysu
Məhəmədlidə qanunsuz tikilən evlər necə kreditlə satılır….
Hansı məmur “makler”ləri himayə edir?
Sabunçu İcra Hakimiyyətinin nəzərinə - Balaxanı zibil içində batıb gedir...
FOTO
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi
Balıqçıların üzərinə torpaq qatı qoparaq düşdü:
ölən var
İxtisas seçimi başa çatdı:
Ən şanslı qrup...
Saray körpüsü yaxınlığındakı obyektlər sökülür -
VİDEO
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Məşhur aktrisa böyrəklərindən əməliyyat olundu
Ağcabədidə YANĞIN OLDU
Binəli Yıldırım İlham Əliyevə məktub ünvanladı
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI -
“Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Nisanovun oğlunun toyuna getmək istədi, Rusiyaya buraxılmadı
Yeni təyin olunan səfir bu deputatın qohumudur
ŞAD XƏBƏR –
Sosial ayırmalarda artımlar ola bilər
Paytaxt sakini tibbi komissiyadan ŞİKAYƏTÇİDİR
30 dövlət Ukrayna ilə bağlı plan qurur
Qəbulun nəticələri açıqlandı
AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi -
FOTO
ETİMAD İSMAYILOVUN QATİLİ AZADLIQDA?
Xocalı və Xocavənddə yanğına səbəb olan şəxslər saxlanılıblar
“AS İnşaat” işçisi maaşsız qaldığını iddia edir:
“May ayından bəri pulumu ala bilmirəm”
Həmin ərəbləri bu cəza gözləyir —
AÇIQLAMA
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? -
Cərimə, torpaq alveri, yeyinti...
Dövlət Sərhəd Qoşunlarının yaranması günüdür
Yasamalda narkokuryerlər saxlanıldı: onlardan 27 kq narkotik vasitə aşkarlandı -
Əməliyyat görüntüləri
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib -
FOTOLAR
Trampın planı dərc edildi
Generalın oğluna vəzifə verildi
DİN yollarda təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edir
Ukraynada matəm günü -
UŞAQLAR HƏLAK OLDULAR!
Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi -
VİDEO
Virus sürətlə yayılır!
16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm
Paşinyan üzr istədi
Rəqsanə azadlığa buraxılır? –
Əri restoranını satışa çıxardı
Tikinti materialları alanlara
XƏBƏRDARLIQ
“Aloe+” aptekində işçi xəsarət aldı-
Nazirliyi hansı vəzifəli şəxs aldadıb?
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı
Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu
İstirahət günü hava necə olacaq?
Rəqsanə həbs edildi
İcra hakimiyyətində 28 min manatlıq təmir -
Qalib şirkət kimindir?
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib
5 yaşayış məntəqəsində qaz kəsiləcək
Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? -
İginc iddia
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16 yaşlı oğlan evdə ölü tapıldı
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia:
Köhnə yumurtalar yeni tarixlə satılır?
PRİZMA
Trampla Baydenin fərqi
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR –
Sosial ayırmalarda artımlar ola bilər
Tikinti materialları alanlara
XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
5 yaşayış məntəqəsində qaz kəsiləcək
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Əhali restoranlara nə qədər pul xərcləyib?