15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Bərdə rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan rayon sakini Bəxtiyar Əliyev tutulub.
Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 57.05 qram heroin və 1.44 qram tiryək aşkar edilərək götürülüb. Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lənbəran kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 ton 200 kiloqram olan 1422 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.
Hər iki faktla bağla araşdırma aparılır.