Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI - Ata ilə oğlu silahlanıb gəliblər… (FOTOLAR)

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI - Ata ilə oğlu silahlanıb gəliblər… (FOTOLAR)

 

Təxminən iki həftə öncə Sumqayıtda baş verən kütləvi dava nəticəsində bir nəfər həyatını itirdi.

Sozcu.info xəbər verir ki, şəhərin 21-ci məhəlləsi ərazisində baş verən hadisədə iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, R.Həbibov həyatını itirib.

Onun qardaşı Vasif Həbibov minval.info-ya açıqlamasında hadisənin təfərrüatı barədə məlumat verib. V.Həbibov Rasiflə yaxın qonuşusu Ramin adlı şəxs arasında mübahisənin olduğunu və qardaşının onu yumruqla vurduğunu bildirib. Bundan sonra Ramin evə gedərək atası Əhədlə birgə Həbibovla münasibətləri aydınlaşdırmaq üçün geri qayıdıb. Vasif bəyin sözlərinə görə, bu zaman onların hər ikisinin üzərində bıçaq olub.

Mərhumun qardaşı deyir ki, onlarla Rasif yanında olan dostu Samir arasında baş verən hadisəylə bağlı yenidən mübahisə yaranıb.

"Bu zaman Əhəd qardaşıma söyüş söyüb. Rasif ona "əmi” deyə müraciət edərək söyüş söyməməsini bildirib. Ardınca isə qardaşıma bıçaq zərbəsi vurub. O, yaralanandan sonra Raminin atası ilə əlbəyaxa olub. Əhəd əlindəki bıçaqla ardıcıl zərbələr vurmağa davam edib. Yanlarında isə Raminlə Samir əlbəyaxa olub bu zaman o, da qardaşımın dostunu bıçaqla yaralayıb” – V.Həbibov bildirib.

Vasifin iddiasına görə, hadisədən sonra saxlanılan Ramin adlı şəxs istintaqa ifadəsində hər iki şəxsi özünün bıçaqladığını söyləyib. Bu səbəbdən mərhum Rasif Həbibovun ailəsi narahatdır və onun atasının da həbs olunmasını istəyirlər. Onlar baş verən hadisəyə görə, Əhədin də günahkar olduğunu hesab edirlər. Artıq buna görə müvafiq dövlət qurumlarına rəsmi şəkildə müraciət göndəriblər. Onlar tezliklə Raminin atasının da cəzalandırılmasını istəyirlər.

V.Həbibov iddia edir ki, Raminin Əhədi ələ verməməsi onun həbsdə olduğu müddətdə atasının oğluna yardım etməsi ilə əlaqədardır.

O həmçinin qeyd edir ki, adı çəkilən qonşuları ilə isti münasibətləri olub. Vasif eyni zamanda, hadisə törədilən zaman Əhədin spirtli içkinin təsirində olduğunu söyləyir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmanın aparıldığı bildirilir.

 

 

 

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti