Dünən, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Arxangelski şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu regional ictimai təşkilatın sədri Tərlan Qasımovun verdiyi məlumata "Rusiya günü” münasibəti ilə şəhərdə yaşayan millətlər arasında mini-futbol üzrə milli turnir keçirilib. Yüksək səviyyəli oyun və bacarıq nümayiş etdirən Azərbaycan diasporunun komandası qrup mərhələsində Hindistanlı tələbələri 8:0, Özbəkistan diasporunu 4:0, Hanadan olan tələbələri isə 3:1 hesabı ilə məğlub edərək qrupun birinci olmuşdur. Yarımfinalda komandamız Nigeriyadan olan tələbələrə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlmişdir. Finalda Rusiya komandasını 3:1 hesabı ilə məğlub edən Azərbaycan diaspor nümayəndələri mini-futbol üzrə milli turnirin qalibi olmuşlar. Rusiya turnirdə 2 –ci, Özbəkistan diasporunun nümayəndələri isə milli türnirin 3 çüsü olmuşdur. Tərlan Qasımov onuda bildirdi ki, Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın rəhbərləri və üzvüləri oyun günləri həmişə çalışıblar ki, Milli komandamıza dəstək olsunlar.
A.Məmmədli.
"Yeni sözcü”