8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Russiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlərdən biridə bu günlər Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın sədri Tərlan Qasımovun təşəbüsü ilə Dobrolyubov adına kitabxanada baş tutub. Yəni Azərbaycan diaspor regional təşkilatın təşəbüsü ilə hazırlanan kitablar Azərbaycan diasporunun nümayəndələri tərəfindən Dobrolyubov adına kitabxanaya təqdim olunub. Bakının tarixi mədəniyyət abidələrindən olan İçərişəhərə həsir olunmuş 250 səhfəlik nadir kitab Bakı qalası "İçəri şəhər" adlanır. Orada əvvəllər nəşir olunmamış məlumatlarla yanaşı İşərişəhərin tarixi abidələri barədə nadir şəkillər yerləşdirilib. Təqdimatda iştirak edənlər arasında kitabın müəlliflərindən biri, "Sankt-Peterburq Azərbaycan Diasporu” regional ictimai təşkilatın icraçı direktoru Fuad İbrahimovda vardı. Onun dediklərinə görə kitabda son illər elm adamlarının arxeoloji qazıntılar zamanı əldə etdiyi materiallar toplanmışdır ki, bu da gələcəkdə Bakı qalasına səfər edən hər bir turist üçün yol kitabı ola bilər. Çünki kitabda İçəri Şəhərdə yerləşən tarixi memarlıq abidələrinin hər biri barədə geniş məlumat toplanıb. Qoruq ərazisində yerləşən bütün tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri, muzeylər barədə ətraflı məlumat verilir. F. İbrahimovun dediklərinə görə, belə bir kitabıb hazırlanmasında əsas məqsəd, Bakı qalası İcəri Şəhərin rusdilli oxuculara tanıdılması və hər bir insana bu qədim tarixi şəhərə xoş gəlmisiniz deməkdir. Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın sədri Tərlan Qasımovun verdiyi məlumata görə bu kitab bu günə kimi Kareliya Respublikasının mərkəzi kitabxanasına, Moskva və Sankt-Peterburq, Novqorod, Xabarovski vilayət və şəhər kitabxanalarının indi isə Dobrolyubov adına kitabxanasının rəflərində yerləşdirilib. Qrum rəhbərinin dediklərinə görə Azərbaycandan kənarda belə bir tədbirlərin keçrilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslə adət-ənənələmizi aşılamaqdır. Belə tədbirlərlə biz milli-mənəvi dəyərlərimizi bir daha onlara əyani şəkildə göstəririk.
A.Məmmədli
Sozcu.info