Rusiyanın Perm vilayətində Respublika Günü qeyd edildi

     Rusiyanın Perm vilayətində Respublika Günü qeyd edildi

 

28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.Perm şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının təşəbüsü ilə keçrilən tədbirə şəhər ictimayyətinin, digər milli diaspor təşkilatlarının  nümayəndələri ilə yanaşı  azərbaycan diaspor təşkilatının üzvüləri  qatılmışlar. Bayram tədbiri  Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.  Perm vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev tədbir iştirakçılarını salamlayaraq bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı.  Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğunu qeyd etdi. Tədbirdə çıxış edən  Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) sədri Toğrul Allahverdili isə ,  Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olan bacı və qardaşlarımızın qəhramanlığından danışmışdı. O, ölkəmizin dünyada artan nüfuzunu qeyd edərək, dövlətimizin milli mənafelərə söykənən müstəqil çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutduğunu vurğulamışdı


Oxşar Xəbərlər

Xəbər lenti