Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Bu gün, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Böyük dövlətlərin daimi olmayan dost-düşməni -
dağılan büsatlar, qurulan ittifaqlar, dəyişən qənaətlər
Bizim politoloqların, yazarların çox tez-tez təkrarladığı məşhur ifadələr var, öz yazılarında, açıqlamalarında həmişə istifadə edirlər:
1.Böyük dövlətlərin daimi dostu və daimi düşmənləri yoxdur, daimi mənafeləri var;
2.Bir ölülər, bir də dəlilər öz fikirlərini dəyişmirlər;
3.Düşmənimin düşməni dostumdur, dostumun düşməni düşmənimdir; dostumun dostu mənim də dostumdur, düşmənimin dostu mənim düşmənimdir;
4.Yüz dostun varsa, azdır, bir düşmənin varsa, çoxdur.
Biz öz yazılarımızda bu fikirləri həmişə işlədirik, fəqət politoloji şərhlərlə çıxış edəndə bu sayaq düşüncə tərzinin çərçivələrindən kənarlaşır, son 30 ilin beynimizdə formalaşdırdığı stereotiplərlə qənaət yaratmağa çalışırıq.
Bu qənaətlər də aşağıdakılardır:
1.Rusiya 1990-93-cü illərdə bizə qarşı aqressiv hərəkətlər, düşmənçilik (20 Yanvar faciəsi, Xocalı qətliamında ermənilər dəstək, Qarabağ müharibəsində ermənilərlə müttəfiqlik etmək və s.) edib, demək, həmişə belə edəcək.
2.Rusiya neoimperialist və neoşovinist siyasət yeridir, SSRİ-ni başqa adla bərpa etməyə çalışır.
3.İran bizim müstəqil dövlət olmağımızı istəmir, öz ölkəsindəki separatçılıq hərəkatını dəstəkləyəcəyimizdən qorxur, ölkəmizin İrandakı etnik türklər üçün cəlbedici və dağıdıcı nümunə olacağından ehtiyat edir.
4.Qərb daima öz mənafeyini güdür, sərvətlərimizə sahib çıxır, bizdə demokratiyanın bərqərar olmasına çalışmır və gizli xristian təəssübkeşliyi siyasəti yeridir.
Bunlar böyük ölçüdə həqiqətlərdir, bəziləri heç mübahisə predmeti ola bilməzlər, aksiomdur.
Ancaq eyni zamanda biz daima dəyişən dünyada yaşayırıq. Bu, proses zamana yayıla-yayıla gedir, dəyişikliyi sezmirik, amma 30-40, 60-70 illik zaman arasının o başındakı və bu başındakı durumları müqayisə edəndə dünyanın nə qədər dəyişdiyini fərq edirik.
Adi bir misal: II dünya müharibəsində bir-birinə arxa-dayaq olan iki slavyan xalqı vardı: Ukraynalılar və ruslar. Alman-sovet müharibəsinin əsas yükü onların üzərinə düşdü, faşizmin çökməsində ukraynalı partizanların böyük rolu oldu. Bu iki qardaş xalqın indiki durumuna baxın: düşməndirlər. Biri o birinin ərazisini işğal edib, yerində iki “respublika” yaradıb, birini də tamamilə ilhaq edib.
Bu, ona görə baş verib ki, yuxarıda dediyimiz məsələ olub, hər iki dövlətin daimi dostu və düşməni dəyişib, mənafeləri isə fərqli dostluq büsatları tələb edir.
25-30 il əvvəl olub-keçənlərə baxa-baxa əmin olmuşduq, iki ay əvvələ qədər də əmin idik: Rusiya heç vaxt erməniləri başqa dövlətin ayağına verməz, həmişə onu müdafiə edəcək, bastion kimi saxlayacaq, maşa kimi yararlanacaq. 6 həftəlik müharibənin 13-cü günündə, oktyabrın 10-da da bu fikirdə idik. Ancaq həmin gün bu qənaət sarsıldı, sonrakı günlərdə isə tamamən puç oldu. Rusiya şanlı ordumuzun erməni hərbçilərini “çiləməsi”nə müdaxilə etmədi, yalnız son mərhələdə, dizimizi yerə atıb, şikarın boğazını üzmək üzrə olanda məsələyə qarışdı, onu xilas etdi.
Ancaq bizdə hələ də Rusiyaya tam etimad göstərməyən böyük bir kütlə var, onu düşmən hesab edir, beləcə də adlandırırlar.
Əlbəttə, 1990-cı ildə Rusiyanın sələfi olan SSRİ bizə böyük yamanlıq edib, amma o vaxtdan bəri körpü altından çox sular axıb. Çox şey dəyişib. Kremlin neoimperiya ambisiyaları olduğu kimi qalıbsa da, indilikdə bu ölkə daha çox müasir dünya düzənində özünü fikirləşir, ABŞ-ın ağır sanksiyalarına, Avropanın, NATO-nun basqılarına məruz qaldığı bir dövrdə öz başını salamat saxlamağı düşünür. Onun Ukraynaya və Gürcüstana aqressiyası bu dövlətlərin NATO-ya meyllənməsi üzündəndir. Kreml NATO silahlarının qulağının dibinə gəlməsini qətiyyən istəmir və bu fikirdə olan “keçmiş qardaşlar”ının qulağının dibindən şilləni ona görə tutuzdurur. Ermənilər də həmin oyunu oynayırdı, Qərblə cilvələşirdi deyə şillə-qapaz yedi (Bəli, bu, bizim əlimizlə oldu, amma bu, rusdan çox bizim köhnə arzumuz idi).
Rusiya ilə Türkiyənin son illərdə çəkişə-çəkişə bərkişməsinin və bir çox məsələlərdə vaxtaşırı uğurla anlaşmasının kökündə məhz bu amil durur. 50-60 il qabaq Türkiyəyə yerləşdirilən NATO bombaları SSRİ-nin qorxulu röyası idisə, bu gün Rusiyanın elə bir əndişəsi yoxdur. Çünki Türkiyə NATO-nun, eləcə də ABŞ-ın sözünün qabağından söz deyə biləcək, onun iradəsinə boyun əyməyəcək yeganə regional gücdür. Ona görə də Rusiya Türkiyə ilə anlaşmaqda, onun sözünü, iradəsini saya salmaqda maraqlıdır. Türkiyə də Rusiyanı öz təbii (zorən) müttəfiqi hesab edir, çünki o da qlobal güclərin təzyiqi altındadır. Ortada bu qədər iri söhbətlər varsa, ayağı Qərbə doğru sürüşmüş Ermənistanın kaprizlərinin necə cılız bir şey olduğunu təsəvvür edin.
Rusiya və Türkiyə bir-biri üçün həyati əhəmiyyət daşıdığı yerdə Ermənistanın hansısa bir mahala iddiası, onu əldə edib-etməməsi o qədər də önəmli deyil ki, Kreml öz mövcudluq və gələcəyini zərbə altına qoysun.
Bu baxımdan açıq-aşkar görünür ki, Rusiya Qarabağ məsələsində 25-30 il əvəvlki düşüncəsində deyil, öz əvvəlki fikrini dəyişmiş, korrektə etmiş təsiri bağışlayır - çünki nə ölüdür, nə də dəli.
Bu gün Rusiya bizim üçün düşmənizimin dostu deyil, dostumuzun (Türkiyənin) dostudur
(burada “dost” kəlməsi təbii müttəfiq mənasında işlədilir). Qarabağ mahalında (Zəngilandan Kəlbəcərə, Ağdərədən Laçınadək) öz yurisdiksiyamızı bu iki dostlaşmaqda olan qüdrətli dövlətin - Türkiyə və Rusyanın anlaşması sayəsində bərqərar etməkdəyik.
Biz bütün bunları mülahizə edərək heç bir böyük (eləcə də kiçik) dövləti özümüzə düşmən elan etməməlik, heç kimlə açıq düşmənçilik aparmamalıyıq (biri istisnadır, çünki o bizi özünə düşmən sayır, bu düşmənçilik qarşılıqlıdır).
Rusiya ilə anlaşmaq, hesablaşmaq mümkündür və vacibdir. Bu dövlət bizə birmənalı düşmən kəsilmiş olsaydı, bir neçə milyon soydaşımız orada barına bilməzdi. Üstəlik, Rusiyanın düşmənçiliyi daha sərt və acı nəticələr verərdi.
Hazırda Qarabağ məsələsində Türkiyə nə qədər qətiyyətli və açıq sözlüdürsə, yanımızda olduğunu açıq mətnlə bildirirsə, Rusiya da bir o qədər diplomatik dillə danışır, əzilmiş, döyülmüş durumda olan ermənilərin kövrək qəlbini oxşamağa çalışır. Çünki onun bütün çabaları Ermənistanı itirməmək, onu Qərbin ağuşuna buraxmamaq üçündür.
Dəyişən dövrana, sarsılan büsatlara da fikir vermək gərəkdir. Bu gün Xankəndiyə gələn rus alayları 30 il öncəkilərdən deyil. O vaxt sovet dövlətinin 366-cı alayının qarşısında Xocalı igidi Əlif Hacıyevin rəhbərlik etdiyi 50-60 döyüşçü vardısa, indi 1960 rus hərbçisinin önündə 100 minlik təpədən dırnağa silahlı müzəffər Azərbaycan ordusu var. Fərq çox böyükdür – Everest zirvəsi ilə Mariana çökəkliyinin fərqi qədər.
P.S. Son 25 ildə Rusiyanın xarici siyasətinə dair yüzlərlə tənqidi məqalə yazmışam, amma indi görürəm ki, xeyli dərəcədə dəyişmiş siyasətə dair yeni, dəyişikliklərə adekvat yazı yazılmalıdır. Amma nə vaxtsa çomağın o biri başı çevrilsə, qələmin də bu başı çevriləcək
.
Oxşar Xəbərlər
Putin Təhlükəsizlik Şurasının iclasını topladı:
İlham Əliyev:
Binəli Yıldırım:
“F-16”lar düşməni niyə bu qədər narahat edir? - Video
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı