Dünya Bankının sabiq vitse-prezidenti:"Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər"

Dünya Bankının sabiq vitse-prezidenti:"Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər"

 

Azərbaycan Qərblə müsəlman dünyası arasında körpü ola bilər.

Bunu Trend-ə Dünya Bankının sabiq vitse-prezidenti, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin deyib.

O deyib: "Ölkə getdikcə daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan bu tədbirlərə aktual problemlərin həlli üçün bir çox ölkənin və mədəniyyətin təcrübəsini cəlb edir”.

İsgəndəriyyə kitabxanasının direktoru Azərbaycanı əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu unikal ölkə hesab edir: "Azərbaycan demokratik Konstitusiya qəbul etmiş, hələ 1918-ci ildə qadınlara səs hüququ verən ilk ölkə olub. Təəssüf ki, ölkə 1920-ci ildə Sovet İttifaqına birləşdirildi, amma bu qısamüddətli tarixlə fəxr etmək olar. 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra isə Azərbaycan qadınların bütün hüquqlara sahib olduğu çiçəklənən ölkəyə çevrildi”.

O həmçinin qeyd edib ki, Azərbaycan ekstremizmin və terrorçuluğun bütün formalarına qarşı fəal mübarizə aparır: "Radikal axınların öz mövqelərini möhkəmləndirdiyi əhalisinin böyük əksəriyyətinin müsəlmanların olduğu bəzi ölkələrlə müqayisə etdikdə görürük ki, Azərbaycan hökuməti ölkədə sabitliyi və çiçəklənməni təmin edib”.

O vurğulayıb ki, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmaqla bərabər dinindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər səviyyədə yanaşan dünyəvi dövlətdir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmçinin, adı beynəlxalq qarşılıqlı anlaşma və digər mədəniyyətlərə hörmət anlayışları ilə birgə səslənən, Azərbaycan millətinin ən məşhur nümayəndələrindən biri olan XII əsr filosofu və şairi Nizami Gəncəvinin yüksək tolerantlıq dəyərlərini hamıya xatırladır”.

İ.Seragəldin deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bakı Qlobal Forumunda, eləcə də günümüzün vacib məsələlərinin müzakirə olunduğu digər mötəbər layihə və tədbirlərdə hörmətə layiq iştirakçı qismində iştirak edir: "Bu tədbirlərdə immiqrasiya, Avropaya inteqrasiya, sülh çağırışları, mədəniyyətlərarası dialoq, tolerantlıq və bir çox digər məsələlər müzakirə olunur”.



Oxşar Xəbərlər

Xəbər lenti