Azərbaycanın İsraildə səfirliyinin olmamasının əsl səbəbi

 

Azərbaycanın yaxın əlaqələri olan ölkələrdən biri kimi İsraildə səfirliyinin olmaması məsələsi son günlərdə yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramovun "Yeni Müsavat”dakı son müsahibəsindən sonra səfirlik məsələsi yenidən aktuallaşdı.

Onun dediklərinə həmkarı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev tərəfindən qəzetimizdə dərhal dəstək gəldi. Partiya sədri təcili şəkildə İsraildə səfirliyimizin açılmasının vacibliyini qeyd edərək, əks təqdirdə ermənilərin bundan istifadə edəcəklərini dilə gətirdi.


Qeyd edək ki, İsraildə səfirliyimizin olmaması zaman-zaman gündəmə gəlir. Amma buna mane olan əsas səbəblər açıqlanmır. Hakimiyyət nümayəndələri də daim əsas səbəbləri açıqlamaqdan yayınırlar. Maraqlıdır ki, müstəqil ekspertlərin də bu məsələ ilə bağlı şərhləri real faktlara söykənmir. Sanki əsas səbəblər açıqlansa, iki ölkə arasındakı əlaqələrə ciddi zərbə olar.

Image result for hikmət Hacızadə


Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, İsraildə səfirlik aça bilməməyimizə səbəb İslam təəssübkeşliyimizdir: "Ərəb-İslam dünyası ilə bir olma istəyimiz də səfirlik açmağımıza mane olur. Bundan əlavə, İslam Konfransı Təşkilatının üzvü olmağımız də əngəl yaradan amillərdən biridir. Burada Qüds məsələsi də mühüm rol oynayır. Bu məsələdə Azərbaycan bir milyardlıq müsəlman dünyası ilə üz-üzə gəlmək istəmir. Əsas səbəb budur. Azərbaycan bu ölkə ilə əməkdaşlıq edir, amma açıq şəkildə İsraillə dostluq etmir. İsraildə səfirliyi olan müsəlman ölkələri bu qərara gəliblər ki, müsəlman dünyasını vecimizə almayaq, bildiyimizi edək. Amma Azərbaycan başqa qərar verib. Məsələnin əsas mahiyyəti məhz budur”.

Image result for Fazil mustafa


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa heç nəyi düşünmədən İsraildə səfirliyimizi açmağın vacibliyindən danışdı: "Onsuzda Rusiya bizə dəstək vermir. Biz hansı ölkə ilə əlaqələr qururuqsa, bunun başqalarına nə dəxli? Bu gün İsraildən silah alırıq, yaxın əməkdaşlığımız var, amma kim bizə deyə bilər ki, niyə belə edirsiniz? Ona görə də düşünürəm ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. İstənilən vaxt bunu etməliyik. Ümid edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq və səfirlik açılacaq. Müsəlman dünyası ilə də əlaqələrimiz genişlənməlidir. Amma müsəlman dünyası da reallığı qəbul edir ki, biz bütün hallarda özümüzü qorumaq üçün müəyyən addımlar atmaq məcburiyyətindəyik. Çünki erməni işğalından Azərbaycanı qoruyacaq heç bir qüvvə yoxdur. Azərbaycanın özü özünə dostlar tapmalı, hamı ilə münasibətləri bərpa etməlidir ki, normal vəziyyətdən çıxa bilsin. Ona görə də İsraildə səfirlik açmağımızın heç bir ölkəyə ziyanı yoxdur. Əgər bu hər hansı bir ölkəyə qarşı çevrilsəydi, bunu anlayışla qarşılamaq olardı. İndi heç bir ölkəyə qarşı çevrilməyib. Buna görə də, səfirliyi açmaq lazımdır”.



Oxşar Xəbərlər

Xəbər lenti