18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Ermənistandakı Metsamor AES-in reaktoru bu gündən etibarən təmirə bağlanacaq.
Sozcu.info xəbər verir ki, bu barədə AES-in baş direktoru Movses Vardanyan deyib.
Onun sözlərinə görə, iyunun 1-də reaktor və 3 saylı turboaqreqat dayandırılacaq.
Vardanyan bildirib ki, təmir çərçivəsində 3 saylı turbini yüksək və orta təzyiqli silindrlərin tam modernləşdirilməsi, 3 saylı generatorun, 3 saylı əsas transformatorun əvəzlənməsi, yardımçı sistemlərə aid avadanlıqların dəyişdirilməsi və sair işlərin görülməsi nəzərdə tutulub.
İşlər Rusiyanın "Atomenerqoremont” şirkətinə həvalə edib.
Vardanyan əlavə edib ki, 2018-ci ilə planlaşdırılan işlər görüldükdən sonra AES-in buraxılış gücünün 10 faizədək artacağını istisna etməyib.
Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. Maliyyələşmə Rusiyanın 270 mln dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.