8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naira Ayrumyan
"Lragir.am”, Ermənistan
Hökumətin proqramı qəbul edildi, lakin onun müzakirəsi qızğın keçsə də, mahiyyəti bir qədər kölgədə qaldı. Nikol Paşinyan qısa və aydın şəkildə izah etdi: proqram hansısa göstəriciləri təmin etməyə deyil, korrupsiyaya və qeyri-qanuni sövdələşmələrə qərq olmuş iqtisadiyyatı təmizləməyə hədəflənib.
Hökumət artıq bir aydır ki, gizli sövdələşmələrin ləğv edilməsi və oliqarxların çirkli pullarından imtina edilməsi haqqında bəyanat verir. Nikol Paşinyan deyir ki, büdcəyə ödəyin. O, öz hökumətinin missiyasını bizneslə hakimiyyət arasındakı "böyük sövdələşmə”nin ləğv edilməsində görür.
Belə bir proqramın müzakirəsində qeyri-adi bir şey gözlənilmirdi – aydın idi ki, bir ay ərzində hökumət velosiped düzəltməyi düşünməyəcək, xüsusən də ona görə ki, il ərzində növbədənkənar seçkilər keçirilməlidir.
Ermənistan Respublikaçılar Partiyası (ERP) proqramı tənbəlcəsinə tənqid edirdi, ancaq bəyan edirdi ki, onun qəbul edilməsinə mane olmayacaq. Belə mövqe Nikol Paşinyanla ERP arasında əldə edilən susma haqqında razılaşmadan irəli gəlirdi: ERP dinc şəkildə öz mövqeyini, digərlərini hakimiyyətə buraxmadan, yalnız Nikol Paşinyana təhvil verir.
Ona görə də, Çarukyan blokundan olan deputatların ERP-yə ünvanlanan aqressiv bəyanatları siyasi təxribat kimi görünürdü. Faktiki olaraq, məhz bu bəyanatlardan sonra ERP-dən olan deputatlar "partladılar” və yeni hökumətin ünvanına yönəlik bəyanatlar verməyə başladılar, ardınca da Nikol Paşinyan, faktiki olaraq, açıq formada ERP-ni cinayətkar siyasət aparmaqda ittiham etdi.
Həm ERP sədrinin müavini Armen Aşotyan, həm də Baş nazir Nikol Paşinyan təcrübəsiz stajçılar kimi təxribata getdilər. Çarukyan bloku isə sevincək əllərini ovxalamağa başladı, ona görə ki, hətta dəhşətli yuxuda belə bu blokdan olan deputatlar Nikol Paşinyanla ERP-nin öz prinsiplərinə sadiq qalan hissəsi arasında əməkdaşlığı təsəvvür edə bilmirlər. Çarukyan bloku hər şeyi edir ki, Nikol Paşinyanın "müttəfiqi” yalnız onlar özləri olsunlar.
İyunun 7-də, müddəalarından biri il ərzində növbədənkənar seçkilərin keçirilməsi olan, hökumət proqramının qəbul edilməsilə, faktiki olaraq, seçkiqabağı mübarizəyə start verildi. Bu mübarizədə hamı – həm köhnə, həm də yeni müttəfiqlər ölümünə rəqabət aparacaqlar. Və qarşıdakı il ərzində belə bənzər təxribatlar hələ çox görə biləcəyik.