26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.
Sozcu.info bildirir ki, K.Karapetyan qeyd edib: "Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir”.
Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb./trend/