8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanda korrupsiyaya qarşı "mübarizə" aparan baş nazir Nikol Paşinyanı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ilə nə bağlayır?...
Yerli KİV-in məlumatına görə, Ermənistanın sabiq MTX zabiti xatirələrini bölüşərkən qeyd edir ki, Paşinyan, təmsilçisi olmuş qurumun maraq dairəsinə ilk dəfə 90-cı illərin sonlarında qalmaqallı "Orakir” qəzetinə rəhbərlik etdiyi dövrdə düşüb.
Məlum olub ki, Paşinyan məqsədli şəkildə hakimiyyət nümayəndələri haqqında tənbehedici məqalələr dərc edir və özünü LGTB tərəfdaşı kimi göstərirdi. Faktiki olaraq o, qorxaq və şərəfsiz şəxsiyyətdir. Təhlükəsizlik əməkdaşları onu tutub gətirərkən hər hansı təzyiq olmadan bütün sifarişçiləri və aldığı məbləğləri açıb söylədi. O zaman gənc redaktor həmin şəxslərə qarşı mübarizə aparmağa və MTX nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Profilaktik xarakterli söhbət və yazılı vədlərdən sonra Paşinyan sərbəst buraxılıb.
2008-ci ilin mart ayında verdiyi vədləri unudan Paşinyan kütləvi iğtişaşlarda iştirak edir və axtarışa verilir. O, baş verənlərin nəticələrdən qorxaraq sərbəst təslim olur və mühakimə edilir. Bir həftə kamerada qaldıqdan sonra, izahat vermək üçün özü görüş xahiş edib və bütün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.
Sabiq zabitin sözlərinə görə, Paşinyan həbsdə saxlama müddətinin azaldılması məqsədilə MTX rəhbərliyinə yalvarır, bütün iş yoldaşlarının adlarını, ünvanlarını, onların sevgililərinin və oynaşlarının adlarını asanlıqla açıqlayırdı.
"Vazgen, Aşot kimi insanlar Paşinyanın yalan ittihamlarından zərər çəkib. Paşinyan həmin ittihamların səs yazmalarının qalmadığını düşünürdü. Ancaq elə deyil. Bütün bu səsyazmalar qalmaqdadır. Elə səsyazmalar var ki, Paşinyanı məhv edə bilər. Həmin səsyazmalar Paşinyan üçün ən uğursuz vaxtda yayımlanacaq. O zaman xalq Paşinyanın necə alçaq və xəyanətkar olduğunu görəcək", - deyə o qeyd edir.
Paşinyan, Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməyə razılıq verdikdən 1 il sonra həbsdən azad edilib. Artıq Paşinyan yaxşı hazırlanmış agent idi. O, çox diqqətli şəkildə Baqramyan 26 (Prezident iqamətgahı) ünvanından qidalandırılır və mütəmadi olaraq əhəmiyyətli məlumat verməklə, məruzə edirdi.
"Bəs bu gün nə baş verir? Kimlərinsə siyasi oyunlarında iştirak edərək, Paşinyan özü də bilmədən, gözlənilmədən baş nazir oldu. Əldə etdiyi hakimiyyətdən istifadə edərək və öz rolunu unudaraq, öz əvvəlki rəhbərlərindən qisas almağa başlayıb. Vaxtilə onunla birlikdə əməkdaşlıq edənləri vəzifələrdən azad edir, həbsə atır. Onun biabrçı keçmişini bilən polis və istintaq orqanları rəhbərlərini cəzalandırdı. MTX-nın yeni təyin edilən rəhbərindən tələb etdi ki, iri erməni iş adamlarının və siyasi xadimlərin bank hesablarının aşkarlanması və məcburi şəkildə vəsaitlərin guya xəzinəyə qaytarılmasını təmin etsin. Banklar bütün əmanətçilərin gizliliyini pozaraq tələb olunan məlumatları təqdim etdi. Əslində Paşinyan həmin vəsaitləri seçkiqabağı təbliğata sərf etməyə çalışır. Bununla Paşinyan şəxsi qazanc əldə etdi. ABŞ-dakı dostları Kipr və Maldivdəki ofşor zonalarda arvadı Anna Hakobyanın adına hesablar açdılar. Ancaq ən çox Qarabağın təhvil verilməsi ətrafında ABŞ-la gizli danışıqlar aparması başa düşülməyən və dəhşətlidir. O buna görə bütün erməni xalqı qarşısında cavab verəcək.
Nikol Paşinyan, baxaq görək, sənin tərəfdaşların, yoldaşların bütün bunlar açıqlandıqda nə deyəcəklər. Dərk et ki, bu hələ başlanğıcdır. Faktlar açıqlandıqca sənə güvən göstərən, lakin sənin xəyanət etdiyin xalq səni tədricən siyasi xadim, xalqın seçimi kimi məhv edəcək", - deyə MTX zabiti vurğulayıb.