157 insanın ölümünə səbəb olan təyyarə qəzası... - ÇİN "DAYANDIRIN" ƏMRİNİ VERDİ

157 insanın ölümünə səbəb olan təyyarə qəzası... - ÇİN "DAYANDIRIN" ƏMRİNİ VERDİ

 

Sozcu.info  xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis Əbəbədən Keniyaya (Nairobi şəhərinə) gedən, Efiopiya Hava Yollarına məxsus Boinq 737 (Boeing 737) təyyarəsi dünən yerli vaxtla səhər saat 8:38-də ölkənin paytaxtında yerləşən Bole Beynəlxalq Aeroportundan havaya qalxdıqdan 6 dəqiqə sonra yerə düşüb. Təyyarənin içərisində 149 nəfər sərnişin və 8 nəfərlik idarə heyəti olub. 35 ölkənin nümayəndəsi olan sərnişinlərin olduğu təyyarədə heç kimin salamat qalmadığı bildirilib. Efiopiyadakı qəzadan sonra Çin dövləti Boinq (Boeing) təyyarələrindən istifadə edən yerli firmalara təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırmaq göstərişi verib.

Təyyarədə 18 nəfər Kanada, 8 nəfər Çin, 8 nəfər ABŞ, 8 nəfər İtaliya, 7 nəfər Fransa, 7 nəfər İngiltərə, 6 nəfər Misir, 5 nəfər Hollandiya, 4 nəfər Hindistan, 4 nəfər Slovakiya, 3 nəfər Rusiya vətəndaşı və 4 nəfər də BMT pasportu daşıyan şəxsin qəzaya qurban getdiyi bildirilir.

Araşdırılmalar qəzanın nə dərəcədə ağır oduğunu göstərib – təyyarə parça-parça olub.

Həlak olanlar arasındaÜmumdünya Ərzaq Forumunun əməkdaşları ilə Keniya Futbl Federasiyasının keçmiş baş katibi Hüseyn Salehin də olduğu bildirlirir.

Verilən məlumata görə, pliot havaya qalxdıqdan dərhal sonra yerə enmək üçün icazə istəyib, lakin qəzanın qarşısını almağa macal tapmayıb.

Afrikanın ən yaxşı hava yolu şirkətlərindən olan Efiopiya Hava Yolldarının Boeing 737-8 MAX tipli təyyarəni 2018-ci ilin noyabrında satın aldığı bildirilir.




Oxşar Xəbərlər

Xəbər lenti