8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu həftə Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası keçiriləcək.
Sozcu.info xəbər verir ki, komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia sabah Bakıya səfər edəcək. Mayın 15-də isə komissiyanın ilk iclası baş tutacaq. Qeyd edək ki, mayın 10-da Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək. Həmin görüşdə məsləhətləşmələr aparılacaq, məsləhətləşmələr çərçivəsində komissiyanın iclasının gündəliyi və vaxtı müəyyən ediləcək.