Yaxın Şərqdə TƏHLÜKƏLİ VƏZİYYƏT! - İran ingilis tankerini ələ keçirməyə çalışdı...

Yaxın Şərqdə TƏHLÜKƏLİ VƏZİYYƏT! - İran ingilis tankerini ələ keçirməyə çalışdı...

 

Sozcu.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən bir əməkdaşı İran İnqilabı Keşikçilərinin Bəsrə körfəzində bir ingilis tankerini ələ keçirməyə çalışdığını iddia edib. İngilis məmurlar isə tankerin qarşısının üç İran qayığı tərəfindən kəsildiyini bildiriblər.

İran İnqilabı Keşikçilərinə məxsus olduğu irəli sürülən silahlı qayıqların Bəsrə körfəzində İngiltərəyə məxsus bir neft tankerini ələ keçirməyə çalışdığı iddia edilib. Amerikalı məmurun sözlərinə görə, İngiltərəyə məxsus bir hərbi gəminin ratsiya ilə xəbərdarlıq eləməsindən sonra qayıqlar geri çəkilib.

Amerikanın CNN kanalı da iki amerikalı məmura istinad elədiyi xəbərində "British Heritage” adlı tankerin Bəsrə körfəzindən Hörmüzd boğazına daxil olduğu zaman dayandırıldığını yazıb.

İddiaya görə, iranlılar tankerin marşrutunu dəyişdirməsini və İranın sahil suları yaxınlığında dayanmasını tələb edib. İngiltərənin HMS Montose hərbi gəmisinin silahlarının İran qayıqlarına sarı çevrildiyi və ardından ratsiya ilə xəbərdarlıq elədiyi bildirilib.

İngiltərə hökumətinin açıqlamasında tankerin üç İran dəniz qayığı tərəfindən əngəlləndiyi bildirilib.

İran tankerinin qarşısı kəsilmişdi

Ötən həftə İngiltərənin krallıq piyadaları Cəbəllüttariq boğazında Avropa İttifaqı sanksiyalarını pozaraq, Suriyaya getdiyi iddia edilən bir İran tankerini ələ keçirmişdilər. Bundan sonra Tehran hökuməti ələ keçirilən tankerin geri qaytarılmayacağı təqdirdə, İngiltərəyə məxsus tankerə qarşı eyni addımı atacaqlarını bildirmişdi.

Həmçinin, İran İngiltərənin Tehrandakı səfirini çağıraraq, "bir növ quldurluq” fəaliyyəti adlandırdığı hadisə ilə bağlı narazılığını bildirmişdi.

İran preidenti Həsən Ruhani isə dünənki açıqlamasında Körfəzdəki bir ingilis tankerini təqib eləmək üçün Krallıq donanmasına məxsus hərbi gəmilərdən istifadə elədiyi üçün rəsmi Londona istehza etmiş, İngiltərədən bəhs edərkən "qorxaq” və "ümidsiz” sözlərindən istifadə eləmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti