8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, İsrail ordusu Suriyadakı İran qüvvələrinə məxsus hədəflərə havadan hücum edib. Suriya hökuməti İsrailin yerdən və havadan endirdiyi raket zərbələrini dəf edib, çox sayda raket məhv edilib.
İsrailin hədəfi Suriya topraqlarındakı İran İnqilabı Keşikçiləri Korpusuna tabe olan "Feylak əl Qüds” xüsusi qüvvələri olub. Ordunun yazılı açıqlamasında deyilir: "İsrail müdafiə ordusu hazırda Suriyada "Feylak əl Qüds”ə məxsus hədəfləri vurur”.
Açıqlamada İsrail torpaqlarını və ya qüvvələrini hədəfə almaması üçün Suriya hökumətinə xəbərdarlıq edilib.
Suriyanın SANA informasiya agentliyinin hərbi mənbəyə istinad elədiyi xəbərdə İsrailin havadan və qurudan raketlərlə Suriya torpaqlarına hücum elədiyi, Suriyanın hava hücumundan müdafiə sistemlərinin hücumun qarşısını aldığı və raketlərin çoxunun hədəfinə çatmadan məhv edildiyi qeyd edilib.
SANA-da bundan əvvəl verilən xəbərdə isə İsrailin bu hücumu Livan topraqları, Əl Cəlili və Təbəriyyə gölü vasitəsilə həyata keçirdiyi, lakin hava hücumundan müdafiə sistemlərinin onlarla raketi məhv elədiyi bildirilirdi. Raketlərin məhv olması anı ilə bağlı video görüntülər paylaşılıb.
İsrail ordusu dünən axşam, Golan Təpələrinin şimalına raket atıldığını və bunun Dəmir Günbəz hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini bəyan eləmişdi. Baş nazir Binyamin Netanyahu ötən həftə İsrail ordusunun son 36 saat ərzində Dəməşqdə aralarında İrana məxsus silah anbarlarının da olduğu, "İrana və Hizbullaha məxsus” nöqtələrin vurulduğunu bildirərək, İsrailin bundan əvvəl də bənzər hücumlar etdiyini söyləmişdi.
4 Suriya hərbçisi həlak oldu
Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyaya gecə saatlarında etdiyi hücumlar nəticəsində 4 Suriya hərbçisinin öldüyünü, 6 hərbçinin yaralandığını bildirib.
Rusiya Mudafiə Nazirliyinin Milli Müdafiə İdarə Mərkəzi İsrailin Suriyadakı hədəflərə hücumlarla əlaqədar açıqlama verib: "Hücum nəticəsində 4 nəfər Suriya hərbçisi həlak olub, 6 hərbçi yaralanıb. Dəməşq beynəlxalq hava limanının bəzi hissələri zərər çəkib”. Açıqlamada İsrail Hava Qüvvələrinin yerli saat 02.11-dən 02.56 arasında Suriyanın qərbi, cənub-qərbi və cənubundakı torpaqlara üç dəfə hücum etdiyi, Suriya ordusuna məxsus müdafiə sistemlərinin İsrail Hava Qüvvələrinin atdığı 30-dan artıq raket və bombanı havada məhv elədiyi bildirilir.