"Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvo aradan qaldırılmaldırr" - Almaniya Bundestaqının deputatı

"Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvo aradan qaldırılmaldırr"

 

"Azərbaycan ilə Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”. Bunu "Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib.

O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.

Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bildirib: "Heç şübhəsiz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, bu, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərti ilə olmalıdır. Bu mənada biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona çatsın, Qafqazda sülh bərqərar olsun”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}