Alimlər Yer kürəsi üçün ən qaranlıq çağların yetişdiyini açıqladılar

 

Hazırkı anda Yer kürəsində formalaşan vəziyyəti gərginliyin zirvə nöqtəsi adlandırmaq mümkündür. Yaxın Şərqdəki proseslərin pisləşməsi, millətçi və şovinist axınların yüksəlməsi, müxtəlif ölkələri əhatə edən kütləvi nümayişlər və iğtişaşlar - bütün bunlar bəşəriyyəti fəlakət adlandırıla biləcək ssenariyə doğru sürətlə yaxınlaşdırır.

Sozcu.info xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bədbin proqnoz "planet-today.com” saytında dərc olunan alimlərin rəyində bildirilib.

Xəbərdə 2010-cu ildən bu yana analitiklərin iqlim dəyişikliklərini də hesaba alaraq ümumi mənzərənin potensial konturlarını təsvir etdikləri göstərilib. Bunun sayəsində proseslərin inkişafının bir sıra sosial-iqtisadi yolları açıqlanıb. Mütəxəssislərin rəyinə görə, hazırda mövcud olan ən təhlükəli hal planetin müxtəlif nötələrində çoxsaylı münaqişələrin artmasıdır.

Hesabatda bunun üçün müxtəlif çıxış yollaırnın araşdırıldığı da vurğulanıb.

Bunlardan biri qlobal istiləşmənin 2 dərəcə həddində saxlanılması barədə Paris sazişinin parametrlərini yaxalamaqdır. Ekspertlərin fikrincə, dövlətlətrin qlobal fəlakətlərin qarşısının alınması yönündə əməkdaşlıqdan imtina etməsi həmin hədəfləri sadəcə xəyala çevirəcək. Çünki iqlim problemlərinin uğurla həlli dövlətlərin sabit və tərəqqipərvər inkişaf yolundan keçir. Lakin dünyanı bürüyən münaqişə burulğanı digər məsələləri ön plana çıxararaq iqlim problemlərini arxaya atır.
"Buna görə də hadisələrin bundan sonra planeti ən qaranlıq çağlara götürəcəyini söyləmək mümkündür”,-deyə sənəddə bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti