Kim Çen In hələ də üzə çıxmayıb

Kim Çen In hələ də üzə çıxmayıb

 

Şimali Koreyada Kim Çen In müəmması davam edir. Ölkə lideri son iki ayda ikinci dəfədir uzun müddətə qeyb olur.

 

Sozcu.info Bizimyol.info istinadən xəbər verir ki, Kim Çen In hələ də üzə çıxmayıb. Dövlət başçısı axırıncı dəfə mayın 1-də ictimaiyyət arasında görünüb. Kim Çen In gübrə fabrikinin açılışında iştirak etmişdi. Bu hadisə ilə bağlı kadrlar KXDR televiziyasında bir gün sonra göstərilmişdi.

Hadisəyə daha çox Cənubi Koreya şərh verir. Koreyanın Birləşdirilməsi Nazirliyinin rəhbəri Yo Sanq-Ki brifinqdə qonşu ölkə haqda danışıb. Cənubi Koreya rəsmisi Kim Çen Inın tez-tez itməyi şakərə çevirdiyini bildirib. Onun sözlərinə görə, KXDR lideri hətta yanvarda da 21 gün gözə dəyməmişdi.

Kim Çen apreldə babası Kim İr Senin ad günü tədbirlərində görünməyincə, böyük söz-söhbət ortaya çıxmışdı. Liderin hətta ölüm xəbəri də yayılmışdı.

Mayın 19-da Şimali Koreyanın rəsmi mətbu orqanı "Nodon Sinmun” Kim Çen Inın hətta gecələr də yatmayaraq ölkənin çiçəklənməsi üçün işlədiyini yazmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti