Tramp Kim Çen Inın sağlam olduğundan məmnundur

Tramp Kim Çen Inın sağlam olduğundan məmnundur

 

ABŞ prezidenti Donald Tramp, KXDR lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsindən məmnundur.

 

Bu barədə ABŞ prezidenti "Twitter" səhifəsində bildirib.

"Şəxsən mən onun qayıtmağını və sağlam olduğunu görməkdən məmnunam", - D.Tramp yazıb.

Xatırladaq ki, KXDR lideri 11 apreldən bir neçə gün ərzində ictimaiyyət qarşısında görünməyib. Bir qədər əvvəl iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı məlumat yayılıb. (Trend.az)



Oxşar Xəbərlər

Xəbər lenti