Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“2021 PUTİN ÜÇÜN MÜRƏKKƏB İL OLACAQ...”
– “Artıq onun rusiyalılara təklif edəcəyi bir şey yoxdur”
Hazırda Rusiya iqtisadi və siyasi cəhətdən olduqca mürəkkəb vəziyyətlə üzləşib. Sözsüz ki, koronavirusun təsirləri Rusiyadan da yan ötməyib və əhalinin sosial baxımdan zəif təbəqəsinə ağır zərbələr dəyib. Ancaq Rusiya iqtisadiyyatının staqnasiyaya uğraması hələ beş il bundan öncə başlayıb. İndi isə bu proses getdikcə dərinləşır.
Ölkənin ən məlumatlı adamı kimi prezident Vladimir Putin yaxşı dərk edir ki, əgər adekvat tədbirlər görülməzsə, bütün ölkəni iri miqyaslı sosial etirazlar bürüyəcək. Bu etirazların siyasi xarakter alması isə sadəcə zaman məsələsidir. Artıq
Aleksey Navalnının
ətrafında baş verənlər, o cümlədən dünənki etirazlar bunu təsdiqləməkdədir. Rusiya tarixindən bəllidir ki, sosial etirazların siyasi tələblərə dönüşü sistem dəyişikliyinə gətirib çıxarır.
Odur ki, politoloqların fikrincə, Putin hazırda iki məsələni tezliklə həll etməlidir.
Birincisi,
2024-cü ildə yenidən hakimiyyətdə qalıb-qalmayacağını qəti müəyyənləşdirməli və buna müvafiq siyasi gedişlər etməlidir.
İkincisi,
əhalinin rifah səviyyəsinin kəskin düşməsinin qarşısı alınmalıdır ki, sosial etirazlar artmasın, əks təqdirdə o, həm ictimai nüfuzunu, həm də vəziyyətə nəzarəti itirə bilər.
Rusiyadakı mürəkkəb vəziyyət dünya mediasının da maraq dairəsindədir. Bu mövzuyla bağlı Polşanın “Gazeta Polska” nəşri
“2021-ci il Putin üçün mürəkkəb il olacaq”
başlıqlı məqalə dərc edib.
“AzPolitika.info”
həmin məqalənin tərcüməsini təqdim edir:
“2021-ci ildə Kreml heç zaman olmadığı qədər fikirlərini əsas etibarıyla daxili siyasətə cəmləyəcək. Vladimir Putin yaxşı bilir ki, rejimin gələcəyi koronavirus pandemiyası şəraitində ayaq üstə durmağı bacarmaqdan və Duma seçkilərində qələbədən asılıdır. Ona görə də xarici siyasət ikinci plana keçəcək. Əgər rejim bu ilin axırına kimi tab gətirə bilsə, prezident Putin səlahiyyət müddətinin sonuna qədər öz postunda qalacaq.
Putinin artıq rusiyalılara təklif edəcək bir şeyi yoxdur. Həm də o, çox yorulub və həmvətənlərində fərəh hissi yaratmaq üçün yeni nəsə etməyə çalışmır
. Lakin hətta cəmiyyətin əksər hissəsi ona qarşı çıxsa da, o, öz hakimiyyətini saxlamaq istəyir. Qərbdə tez-tez işlədilən terminlə ifadə etsək, indi o, “topal ördək” hesab olunur. Hakimiyyəti yaxın zamanlarda tərk edəcək siyasətçiləri belə adlandırırlar.
Putinin hakimiyyətdə əbədi qalmasına imkan verən konstitusiya dəyişikliyi kimi siyasi-hüquqi əməliyyat ona nəinki hər şeyi sıfırlamağa kömək etdi, əksinə, vəziyyəti daha da pisləşdirdi.
Beləliklə, 2021-ci ildə yeni mərhələ - staqnasiya mərhələsi start götürəcək.
Staqnasiya mərhələsi nə qədər çox uzansa, bu Rusiya üçün daha xoşagəlməz olacaq. Konstitusiyaya edilmiş dəyişiklik Putinə
2024-cü ildə
yenidən seçilmək imkanı verir. Amma o, çətin ki, bu addımı atacaq. Putin gözəl anlayır ki, çarəsizcəsinə hakimiyyətdən daha möhkəm yapışmaq onun üçün dramatik sonluqla bitə bilər.
İndi Putindən sonra nələr baş verə biləcəyi ən mühüm sual kimi qarşıya çıxır.
2021-ci il hakimiyyətin ötürülməsi və varis axtarışı ilə bağlı ssenarinin işlənib hazırlanması üçün vacib il olacaq. Yadda saxlamaq lazımdır ki, Boris Yeltsinin varis axtarışı prosesi onun 1996-cı ildə yenidən seçilməsindən sonra başlamışdı. Lakin yekun qərar bundan üç il sonra verildi. Həm də ki, Putin həmin vaxt heç də favorit sayılmırdı. Putindən əvvəl digər potensial namizədlər arasında
Yevgeni Primakov, Sergey Kiriyenko və xüsusən də Sergey Stepaşin
vardı. Onların hər biri hökumətə rəhbərlik etmişdilər. Deməli, belə çıxır ki, bu, indi baş nazir postunu tutan
Mixail Mişustinə
də varis olmaq şansı verir. Keçən ilin noyabrında hökumətdə baş verən yerdəyişmələr və ilk növbədə orada Putinə yox, daha çox baş nazirə loyal olan yeni nazirlərin peyda olması Mişustinin öz siyasi gücünü formalaşdırmasından xəbər verirmi?...
Çox güman ki, hər şey 2008-ci il seçkilərindən öncə Viktor Zubkovla bağlı baş verən hadisəyə bənzəyəcək. Zubkov Baş nazir təyin olunsa da, Putin onun müavinləri Sergey İvanov və Dmitri Medvedyev arasında özünə (bir seçki müddətinə) varis seçmək qərarına gəlmişdi. Ümumi yekunda üstünlük Dmitri Medvedyevə verildi. Hazırda o, yenə də favoritlərdən hesab olunur.
Elə məhz buna görə də Medvedyevi baş nazir vəzifəsindən götürdülər. Çünki onun baş nazir postunda populyarlığını itirmək təhlükəsi daha çoxdur (xüsusən də indiki mürəkkəb dövrdə). Və Medvedyev tənqidlərdən uzaq olan Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinə təyin edildi.
Varis seçmə məsələsi
2024-cü ilə kimi
uzana bilər. Əlbəttə, bizim bunu çox yaxında biləcəyimiz ehtimalı da var. Yaxın zamanda rejimin müdafiəsində özünü daha çox göstərən hansısa şəxs, Putin və onun ətrafının rəğbətini qazana bilər.
Nə üçün 2021-ci il xüsusi əhəmiyyət daşıyır? Ona görə ki, ən geci sentyabra qədər Dumaya seçkilər keçirilməlidir. Bu, Putinin prezidentlik müddətinin sonuna kimi ən ciddi seçki sınağı olacaq.
Ancaq həmin seçkidə nəticələrin saxtalaşdırılması çətinləşəcək. Putin və onun “Vahid Rusiya” partiyası vətandaşların etibarını və dəstəyini sürətlə itirir. Belə bir meyl xüsusilə 2018-ci ildə pensiya yaşının və vergilərin artırılmasından sonra başlayıb.
Pandemiya isə vəziyyəti daha da kəskinləşdirib. Bəli, pandemiya rusiyalılara göstərdi ki, “çar çılpaqdır”.
Koronavirusun öhdəsindən istənilən səviyyədə gəlinmədiyi bir vaxtda insanlarla təmasdan qaçaraq öz bunkerində gizlənən Putin bununla heç də yaxşı təəssürat oyatmır.
Rusiyanın iqtisadi perspektivi də ürəkaçan deyil. Neft və qazdan gələn gəlirlərin həcmi azalıb. Bu il rusiyalıların real qazancları yenidən aşağı düşəcək.
Əhalinin narazılığının artmasının əsas səbəbi isə insanların güzəranlarının pisləşməsi ilə əlaqədardır. Etirazların partlaması və hətta inqilab riski də istisna deyil. Bunun üçün partlamağa hazır olan çəlləyə qığılcımın düşməsi kifayətdir.
Qabaqlayıcı tədbirlər
Minlərlə nümayişçinin küçə yürüşləri və Belarus ssenarisinin təkrarlanması Kremlin ən çox qorxduğu şeydir. Rusiyada ən son güclü etiraz dalğası 2011-2012-ci illərin qış aylarında baş qaldırmışdı. Onda insanlar küçəyə çıxaraq Dumaya keçirilən seçkilərin “Vahid Rusiya” partiyasının xeyrinə saxtalaşdırılmasına və Putinin yenidən Kreml rəhbərliyinə qayıtmaq niyyətinə qarşı etiraz bildirmişdilər.
Bu gün hakimiyyət partiyasının populyarlıq səviyyəsini nəzərə alsaq, status-kvonun saxlanması üçün rejim son iyirmi il ərzində görünməyən seçki saxtakarlığı təşkil etməlidir. Bu isə mütləq şəkildə ictimai narazılığın partlamasına gətirib çıxara bilər. Ona görə də Kreml bütün gücüylə bunun öhdəsindən gəlmək üçün səy göstərir.
Elə məhz bu səbəbdən Aleksey Navalnının zəhərlənməsi kimi radikal addıma qərar verilib. Ümummilli etirazları koordinasiya edə biləcək şəxs məhz Navalnıdır.
Hazırda liberal-demokratik müxalifət heç də yaxşı vəziyyətdə deyil. Hətta, Navalnı olmasa da insanlar küçəyə axışa bilərlər. Belarusdakı hadisələr buna əyani nümunədir.
Rejim qabaqlayıcı tədbirlər planı çərçivəsində müxtəlif ictimai fəaliyyətlərə qarşı yeni qanunlar hazırlayıb.
Dekabrın sonunda parlament demokratik prosesləri və söz azadlığını məhdudlaşdıran əlavə qanunlar qəbul edib, prezident isə onları təsdiqləyib. Ən mühüm məsələ “xarici casuslar” haqqında qanuna edilən əlavədir. İndi bu qanun həm təşkilatlara, həm də fiziki şəxslərə şamil olunur.
23 dekabrda qəbul olunan digər qanuna görə, ictimai tədbirlərin təşkilatçıları xarici dövlətlərdən, vətandaşlığı olmayan şəxslərdən, anonim ödəyicilərdən pul köçürməsi qəbul edə bilməzlər.
Görülən tədbirlər müxalifətin ictimai fəaliyyətini faktiki imkansız hala gətirir. Hakimiyyət qanunları sərtləşdirməklə yanaşı, həm də güc strukturlarının səlahiyyətlərini genişləndirərək, repressiyalara gedəcəyini göstərir.
Təhlükəsizlik orqanları əməkdaşlarına federal qanunlarla nəzərdə tutulan məvaciblərindən əlavə, prezident və hökumət tərəfindən digər aylıq ödəmlər edilməsini nəzərdə tutan qanun layihəsi artıq hazırdır. Ödəniləcək məbləğin həcmi təhlükəsizlik əməkdaşlarının yerinə yetirəcəkləri tapşırıqların mühümlüyündən, miqyasından və mürəkkəbliyindən asılı olacaq.
Bundan başqa, Putin hakimlərin, prokurorların, müstəntiqlərin, FTX əməkdaşlarının və həmçinin də bəzi kateqoriyalardan olan hərbçilərin peşəkar fəaliyyəti və şəxsi həyatı barədə məlumatların yayılmasını qadağan edən fərman imzalayıb. Vladimir Putin güc strukturlarına verilən bütün bu imtiyazların (ilk növbədə FTX və Milli Qvardiya) əvəzinə onlardan mütləq etibarlılıq gözləyir. Bəs bu, işə yarayacaqmı?
Biz bunun cavabını yaxın zamanda, yəni seçkilərin saxtalaşdırılmasına qarşı nümayişlər baş qaldıranda və sosial zəmində etirazlar coşanda biləcəyik.”
Oxşar Xəbərlər
Putin: “İlham Əliyevlə bu barədə danışdıq”
MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ
Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir
Rusiyada etirazlar 100-
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə