Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“AZƏRBAYCANA QRAFİK VERDİ VƏ MÜHARİBƏ DAYANDIRILDI...” –
Aprel müharibəsi ilə bağlı şok açıqlama
2016-cı ilin aprel müharibəsi Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılacağına dair vəd verəndən sonra dayandırılıb.
AzadlıqRadiosunun erməni xidməti “Azatutyun”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana
istinadən yazır ki, sözügedən vəddə torpaqların boşaldılması üçün qrafik də nəzərdə tutulmuşdu. Qriqoryan “Azatutyun”a müsahibəsində deyib ki, Azərbaycan müharibəni bu vədin verilməsindən sonra dayandırıb:
“Aprel müharibəsi Ermənistan tərəfinin vədləri səbəbilə dayandırılıb. Yeri gəlmişkən, bu vədə həm də müəyyən vaxt cədvəli daxil idi və bu qrafikə yay ərzində əməl olunmalıydı”.
Qriqoryan deyib ki, bunun ardınca 2016-cı ilin yayında Ermənistanda məlum hadisələr baş verib. Belə ki, “Sasna tsrer” partiyası Yerevan polisinin qarnizonunu silahlı qiyamla ələ keçirib. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, ovaxtkı prezident Serj Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib. Bundan sonra isə proses hakimiyyət keçidi ilə bağlı təxirə salınıb:
“İndi isə çoxsaylı vədlər vermiş və Ermənistan üçün belə böyük yük yaratmış bu adam postunu tərk edir, sonra isə gəlib bəyanat verir ki, “mən qol çəkməyə, filan addımları atmağa hazır idim”. Mən qeyd etməliyəm ki, onun verdiyi vədlərə, onun yaratdığı dalanlara görə biz sonradan ciddi problemlərlə üzləşdik”.
Müxbirin “Serj Sarkisyan hansı vədləri verib” sualına cavab olaraq Qriqoryan deyib ki, bu suala Serj Sarkisyanın özü cavab verə bilər:
“Amma o vaxt aprel müharibəsi dayandırıldı və bunun ardınca qrafik verildi. Bütün razılaşmalar bu qrafik əsasında həyata keçirilməliydi”.
Qriqoryan əlavə edib ki, Azərbaycanın müharibəni dayandırması onun Sarkisyanın vədlərindən qane olduğunu göstərirdi.
“Tarixin təkərini 2018-ci ilə qaytarmaq mümkün olsaydı...”
Öz növbəsində “Armnyuz” agentliyinə müsahibəsində Serj Sarkisyan deyib ki, söhbət
“Lavrov planı”
deyilən sənədin həyata keçirilməsindən gedirdi. Sarkisyan iddia edib ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan bu planı indiki hakimiyyət, Nikol Paşinyanın höküməti rədd edib.
Sarkisyan deyib ki, “Lavrov planı” əslində “Madrid prinsiplərinin” düzəliş edilmiş variantı idi.
Onun sözlərinə görə, bu plan üzrə Azərbaycan Dağlıq Qarabağın yekun statusunun Qarabağ əhalisi tərəfindən müəyyənləşdirilməsi prinsipini tanıyırdı. O bildirib ki, referendumun keçirilməsi üçün heç bir vaxt məhdudiyyəti qoyulmamışdı.
Sarkisyan deyib ki, “Lavrov planına” görə Azərbaycana 5 rayon qaytarılmalı idi, amma qalan iki rayonun – Laçın və Kəlbəcərin qaytarılması Dağlıq Qarabağda referendumun keçirilməsi ilə sıx bağlanırdı
. Ermənistanın üçüncü prezidenti əlavə edib ki, o bu sənədi imzalamağa hazır idi və baş nazir vəzifəsində bu planın həyata keçirilməsi üçün qalmaq istəyirdi:
“Mən bu sənədi gizli imzalamamalıydım... Mən demirəm ki, bu məsələ referenduma çıxarılacaqdı. Amma bu məsələ cəmiyyətdə geniş və qızğın müzakirə olunmalıydı. Mən əmin deyiləm ki, cəmiyyətin əksəriyyəti bu planı dəstəkləyəcəkdi. Əlbəttə, biz indi tarixin təkərini geriyə, 2018-ci ilə döndərə bilsəydik, düşünürəm ki, əhalinin 99 faizi ona tərəfdar olardı”.
“Bu, anti-Qarabağ hərəkatı idi”
Lakin hakim “Mənim addımım” fraksiyasından millət vəkili Ruben Rubinyan keçmiş prezidentin dediklərinin səmimiliyini dərhal şübhə altına alıb:
“Hər şeydən əvvəl Serj Sarkisyan hakimiyyətdə qalmaq istəyirdi. Əgər o bu sənədi imzalamaq istəyirdisə, bunu niyə 2018-ci ilin martında, fevralında, yanvarında etməyib? Bunu niyə 2017-ci ilin dekabrında, noyabrında, sentyabrında, avqustunda etməyib? Niyə qol çəkməyib? Çəkəydi də”.
Rubinyan deyib ki, Sarkisyan öz müsahibəsində Azərbaycana rayonların 5+2 düsuru ilə qaytarılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, həmin sənəd Dağlıq Qarabağın statusunun müəyyən edilməsini qeyri-müəyyən vaxta buraxırdı.
Millət vəkili deyib ki, “bu, faktiki olaraq sülh əvəzinə ərazilər” formulu idi:
“Mən hesab edirəm ki, onun müsahibəsində ziddiyyət də var. O bir yerdə izah edir ki, mərhələli həllə heç vaxt razı olmayıb. Amma onun haqqında danışdığı variant məhz mərhələli paketdir. Çünki bu plana görə ərazilər qaytarılır, statusun qeyri-müəyyən forması isə qeyri-müəyyən müddətə saxlanılırdı”.
Sarkiyan 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabı” “anti-Qarabağ” hərəkatı adlandırıb. Keçmiş prezident deyib ki, o heç vaxt “bir qarış da vermərik” prinsipinin tərəfdarı olmayıb.
“Əgər rayonlar Azərbaycana veriləcəkdisə...”
“Azatutyun” yazır ki, Serj Sarksiyanın müsahibəsi müxalifətdə də çaşqınlıq yaradıb.
“Maariflənmiş Ermənistan” parlament fraksiyasının lideri
Edmon Marukyan
sual edib ki, rayonlar Azərbaycana qaytarılacaqdısa, niyə oralara milyonlarla dollarlıq investisiyalar yatırılırdı? Marukyan öz bəyanatında Azərbaycan rayonlarının ermənicə dəyişdirilmiş adlarından istifadə edib və Zəngilanı Kovsakan, Qibadlını Sanasar, Cəbaryılı Mexakavan adlandırıb.
Marukyan deyib ki, bu ərazilər Azərbaycana qaytarılacaqdısa, vətəndaşların vergiləri, diasporadan gələn ianələr niyə xərclənməliydi:
“Başqa sözlərlə, biz o qədər varlıyıq ki, kiminçünsə şəhər və kəndlər salırıq? Kaşataq (Laçın – red) və Karvaçar (Kəlbəcər – red) rayonlarında biznes üçün yüz milyonlarla dollarlıq kreditlər ayrılıb. Əgər bu rayonlar onsuz da Azərbaycana veriləcəkdisə, onlar üçün dövlət qarantiyalı nəhəng kreditlər niyə götürülürdü? Əgər paralel olaraq rayonların 5+2 formulu üzrə verilməsi barədə danışıqlar gedirdisə, bu xərclər nəyə lazım idi?”
Oxşar Xəbərlər
Serj Sarkisyan kadr dəyişiklikləri həyata keçirib
Erməni diasporu: Sarkisyan Qarabağı qaytara bilər
“Sasna Tsrer” terrorçularının “Qarabağı Ermənistana birləşdirmək” təşəbbüsü müqavimətlə qarşılaşdı - PAŞİNYANIN “YARATDIĞI” PARTİYA İMZA TOPLAYIR...
Qarabağda 12 320 erməni hərbçisi öldürülüb -
Xəbər lenti
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq