Prezidentlərin görüşü yekunlaşıb - Yenilənib

Prezidentlərin görüşü yekunlaşıb - Yenilənib

 

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü yekunlaşıb. Sozcu.info saytının məlumatına görə, görüşdə Prezident İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Rusiya-İran-Azərbaycan arasında üçtərəfli format bölgədə sabitlik üçün mühüm faktordur: "Biz həm ölkələrimizi qoruyacağıq,  həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik. Gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq və bu əlaqələr daha da güclənməlidir. İqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək, nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənin səyi ilə yaranır, başqa ölkələrdə gələcəkdə bu layihələrə qoşulacaq. Əminəm ki,  görüşlərimiz davam edəcək, bundan sonrakı əməkdaşlığımız daha da genişlənəcək”.

Sonda prezidentlərin görüşünə dair yekun bəyannamə imzalanıb. Bununla da Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb.

 

20:03

 

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başlayıb.  Sozcu.info xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edirlər.

Hazırda Prezident İlham Əliyev görüşdə çıxış edir.



Oxşar Xəbərlər

Xəbər lenti