8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda "Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarından məlum olub ki, 1994- cü ildə Sumqayıtda anadan olan Nail Allahverdiyev ali təhsillidir, evlidir, fərdi əməklə məşğul olmayıb, heç yerdə işləmir, hərbi xidmətdə olmayıb.
Hazırlıq iclasında zərərçəkmiş qismində Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov və Ülviyyə Əliyeva iştirak ediblər. Dövlət ittihamını prokuror Ramin Nağdəliyev müdafiə edib. Prokuror cinayət işinin məhkəmə baxışına təyin edilməsini istəyib. Məhkəmə baxışı dekabrın 1-ə təyin edilib.