Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Rahib Salmanov sədrlik edib.
Məhkəmənin baxış iclası iyunun 19-na təyin edilib.
Qeyd edək ki, A.Qəhrəmanov və R.Qasımov İŞİD terror təşkilatının sıralarında döyüşməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham irəli sürülüb. Adları çəkilən şəxslər Azərbaycana qayıdarkən həbs ediliblər.