8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb.
Hakim Azər Paşayevin icraatında olan prosesdə R.Heybətov ifadə verərək deyib ki, Türkiyədən tütün məmulatları gətirmək üçün Elnur Məmmədovla birgə biznes qurublar: "Onun atası, ağsaqqal Elton müəllimlə də görüşdüm, suallarına cavab verdim. Dedi ki, pul batsa, necə olacaq? Dedim mənlikdir. O da xeyir dua verdi. Elnur mənə 200 min dollar verdi, Türkiyədə qəzaya düşdüm. Mən əminən ki, mənim maşınımı vurub pulu aparıblar. Kimlər idisə, məndə pulun olduğunu bilən adamlar idi. Mən dələduz deyiləm, 144 min dollar qaytarmışma, qalanını da qaytaracağam. Özümün və oğlumun evini satdım, Elton Məmmədovun yanında Elnura 50 min verdim. Mənim Rusiyada pulum qalıb, Elton müəllimə dedim icazə verin Rusiyaya gedim, dedi yox qaçacaqsan”.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.