Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

 

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlılari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən "Adventure Club Radoslaw Kasprzak" turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.

 

Sozcu.info xəbər verir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.

Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq.

Qeyd edək ki, "Adventure Club Radoslaw Kasprzak" şirkəti Azərbaycanın Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.



Oxşar Xəbərlər

Xəbər lenti