Jirinovski: "Bizimlə bütün dünya Ərdoğanın kimliyini biləcək"

 

Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi bazasını öz ölkəsinin ərazisində yerləşdirməyə hazırdır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı o, "Rossiya 24” telekanalına danışıb. 

"Dərhal İran və Türkiyəyə Rusiya hərbi hava və hərbi dəniz qüvvələrinin bazaları yerləşdirilməlidir. Türkiyə buna hazırdır. Ərdoğanla şəxsən danışmışam. O, Rusiya ilə birlikdə olmaq istəyir, növbədə dayanıb, sonuncu vaqonla Avropa Birliyinə getmək istəmir. Çünki bizimlə dünya Ərdoğanın kimliyini biləcək”, - siyasətçi bildirib.  

İyulda Jirinovski Ankarada Ərdoğanın inauqurasiya mərasimində iştirak edib. 



Oxşar Xəbərlər

Xəbər lenti