8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsisində məqsəd adından bəlli olduğu kimi, alternativ enerji ilə müxtəlif məntəqələri təmin etmək idi. Bu proqram çərçivəsində dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilib. Qurumun rəsmi saytında icra edilmiş layihələrin adları açıqlanıb. http://area.gov.az/page/8 Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəüçün yaradılıb? Ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib? Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli vəüz qızardan bir iş yoxdur. Niyə? Bu suala cumhuriyyet.az-ın aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz…
Maxinasiya layihələri – sübut
Həmin projelərin həyata keçirilməsi kağız üzərindən olub və büdcədən silinən pullar agentliyin sədri Akim Bədəlovu, müavinləri Nurəli Yusifbəyli, Cəmil Məlikovu, aparat rəhbəri İmran Əhmədovu varlandırıb. Misal üçün rəsmi saytda Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi xəbəri göstərilir. Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır. Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub. Bu da təsdiqini tapmır. Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün "6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib. Və sual doğurur ki, alternativ enerji mənbələri təchiz edən agentlik nə üçün idman zalı tikintisi aparmalıdır? Eyni zamanda Bakı-Ələt yolunda, Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib.
Keçid və pilot layihələrdə talançılıq
A.Bədəlovun prezident tərəfindən qarşıya qoyulan hədəflər sırasında həyata keçirmədiyi keçid layihələrdir (http://area.gov.az/page/9). Bu siyahıda hansı işlərin görüldüyü indiyə qədər qaranlıqdır. Eyni zamanda perspektiv layihələrin icrasında (http://area.gov.az/page/9) heç bir tərpəniş müşahidə olunmur. Məsələn, pilot layihələrdən olan sosial binalarda (təhsil və səhiyyə müəssisələrində, ASAN xidmət mərkəzlərində və s.) günəş panellərinin (PV modulların) quraşdırılması nəzərdə tutulub. Amma cumhuriyyet.az olaraq bildirək ki, proyektlərin yerinə yetirilməsi yenə də dövlət rəhbərliyindən gizlədilməyə cəhd olunub. Çünki A.Bədəlov illərlə diqqətdən kənarda qalmağı bacararaq, büdcə pullarını mənimsəyiblər. Bundan başqa, "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. Bu fərmanın icrası sual altındadır. Bütün bunlarla bərabər, A.Bədəlov təkcə agentliyin layihələrində yeyintilərlə məhdudlaşmayıb. Onun iş bioqrafiyasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla sıx iş birliyi haqda məlumatlar var. Elə bunun nəticəsidir ki, agentliyin aktivləri "Azərişıq” ASC-nin balansına keçib. Çünki Bədəlova olan etimad itirilib. Baxmayaraq ki, bəzi xəbərlərdə Pirverdiyevin gedişindən sonra ona əlavə səlahiyyətlərin veriləcəyi söylənir. Lakin adı maliyyə yeyintilərində və MTN şefi ilə keçən A.Bədəlova nə dərəcədə etimad göstəriləcəyi maraq doğurur. Çüni Külək Elektrik Parkı bu agentliyin balansından çıxarılaraq "Azərişıq” ASC-nin balansına verilib. 2008-ci ildə Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Agentlik yaradılmışdı. 2013-cü ildə bu agentlik nazirliyin tərkibindən çıxarılaraq müstəqil struktura çevrildi. A.Bədəlov müstəqil qurumda artıq istəklərini reallaşdırmağa başladı.
Eldar Mahmudov-Akim Bədəlov–Pərviz Vəliyev tandemi
Plana əsasən 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi. Amma yuxarıdakı faktlardan da görünür ki, "gələcəyə baxış 2020” layihəsini agentlik sədri icra etməyib. Məsələn, Hesablama Palatası agentliyin tabeliyində olan "Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlamışdı. Bədəlov isə bu talanları həyata keçirərkən E.Mahmudovun vaxtı ikən qüdrətinə arxalanmışdı. Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir. Ölkənin siyasi rəhbərliyinə məruzə olunub ki, Akim Bədəlov, agentliyin nəzdindəki "Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyev və qardaşı olan MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyev Mahmudovla işbirliyinə gediblər. Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan "dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır. MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində xəbərlər var. R.Vəliyev dayısı A.Bədəlovla MTN-də yüksək himayədarları sahəsində uzun illər Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçiriblər.
Bədəlovun Elçin Quliyev, İlqar Əliyev və general Tofiq Babayevə çıxışı…
Mediada yayılan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir. Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb. Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə "dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi. Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən "dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır. Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı. Bir müddətdən sonra isə artıq ATM-də "dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir.
"Xəzər Konsaltinq” Agentliyi, Aqşin Bədəlovun Kanar adaları, villaları…
Təkcə 2014-cü ildə layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə "Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət verməkdədir. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradılması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib.
Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir. Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri. Villalar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində evləri var. Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, londonda mənzillər və sair daşınmaz əmlaklar. Akim Bədəlovun oğlu Aqşin Bədəlov qiyməti 150 min manatlqı olan avtomobildə gəzir. Oğul Bədəlov yay istirahətini Farer adalarında, Tailandda, Kanar Adalarında, Avropanın dəbdəbəli şəhərlərində keçirir. Aqşın Bədəlov dəfələrlə ətrafındakılara deyib ki, İsveçrədəki banklda adıma 20 milyon dollara yaxın pul var.