8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanın Suriyanın şimal-şərqində PKK/YPG işğalı altında olan bölgəyə hərbçi göndərdiyi iddia edilir. Hərbçilərin sayı barəsində məlumat verilmir.Türkiyə mətbuatı hərbçilərin ABŞ-ın lideri olduğu Beynəlxalq Koalisiyanın çətiri altında toplaşdırlarını yazıb. Fərat çayının şərqində əməliyyata hazırlaşan Türkiyə Silahlı Qüvvələri iki ölkənin belə bir zamanda bu addımı atmaqla Türkiyə və ərəb ölkələrini qarşı-qarşıya gətirə biləcəyini bildirib.
Cubeyr təsdiqləmişdi
Bu ilin aprel ayında Amerikanın "Wall Street Journal” qəzeti Vaşinqtonda Suriyanın şimal-şərqində Amerika hərbçilərinin yerinə "Ərəb qüvvələri”nin yerləşdirilməsinin müzakirə edilməsi iddiası ilə çıxış eləmişdi. Xəbərə görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir ordusundan olan hərbi qüvvələr, Fərat çayının şərqində Amerika hərbçilərinin yerinə keçəcəkdilər.
Səudiyyənin xarici işlər naziri Adil Cubeyr də o dövrdə verdiyi açıqlamada həmin iddiaları təsdiqləyərək demişdi: "təklif gələrsə, geniş miqyaslı bir koalisiya çərçivəsində Suriyaya hərbçi göndərməyə hazırıq”. Səudiyyə və BƏƏ hərbçilərinin PKK/YPG işğalı altındakı bölgəyə yerləşdirildiyi iddiası "Ərəb qüvvəsi” planının işə salınması kimi qiymətləndirilir.