8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Amerikanın "Wall Street Journal” mətbu orqanı İŞİD ilə mübarizə başa çatandan sonra ABŞ-ın Suriyanın şimal-şərqində ərəblərdən ibarət birliklər qurmağı planlaşdırdığını yazıb. Bu birlikləri Amerikanın Suriyanın şimalındakı qüvvələrinin yerinə yerləşdirməyi nəzərdə tuturlar.
Qəzet amerikalı məmurlara istinadən yazır ki, prezident Donald Trampın qısa müddət bundan əvvəl vəzifəyə təyin elədiyi yeni milli təhlükəsizlik müşaviri Con Bolton Misir kəşfiyyatının direktor vəkili Abbas Kamil ilə görüş keçirdiyini yazıb. Görüş zamanı Boltonun Misirin Suriyada Ərəb qüvvələri yaradılması fəaliyyətində iştirak ehməsi müzakirə edilib. ABŞ istidarının Suriyanın şimalının yenidən qurulması səyləri çərçivəsində Səudiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən maliyyə istədiklərini və eyni zamanda ərəb ölkələrindən hərbçi göndərmələrini tələb eləməyə hazırlaşdığı deyilir. Mənbə deyib: "Maliyyə dəstəyi və daha geniş mənada iştirak eləmələri üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə təmasa keçiblər”.