15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Türkiyənin ABŞ-ı Fəratın şərqindən geri çəkməsi və Dövlət Baxçalının atdığı tvitə görə üzr istəməsi ABŞ-dakı erməni lobbisini narahat edib.
Sozcu.info xəbər verir ki, erməni diasporasının soyqırımı iddiaları üçün Senat ilə yaxın münasibətləri olan Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri addım atmasına görə Tramp Administrasiyasına od püskürüb.
Komitə rəsmi tvitter hesabından ABŞ-ın Gizlı Xidməti, FTB və Vaşinqton Polis Departamentini işarələyərək bəzi paylaşımlar edib.
"Türkiyə 2003-cü ildə İraqa qarşı şimal cəbhəsini əngəlləməkdən 2017-ci ildə Vaşinqonda amerikalıları döyməyə qədər ən son nə zaman ABŞ-dan bir şey üçün üzr istədi” sualları onminlərlə izləyicisi olan hesabda paylaşılan tvitlər arasındadır.