8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, dünən – martın 12-də Ədalət Vəliyev müxalifət düşərgəsinin ağsaqqal və nüfuzlu liderlərindən biri – Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla da görüşüb.
Görüşdə ölkədəki ictimai-siyasi durum, o cümlədən siyasi partiyaların vəziyyəti barədə fikir mübadiləsi aparılıb, həmçinin bir sıra problemlərlə bağlı müxalifət liderinin baxış və təklifləri öyrənilib.
Strateq.az-a açıqlamasında İlyas İsmayılov görüşün müsbət atmosferdə keçdiyini deyib: "Qədim yunan filosofu Sokrat vaxtilə dialoqu "mərifətin inkişaf yolu” sayırdı. Düşünürəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləriylə, xüsusən də müxalifət təmsilçiləriylə dialoq təşəbbüsü siyasi mərifət nümunəsi olmaqla, iqtidar-müxlifət münasibətlərinin bundan sonrakı mərhələdə daha sağlam əsaslarda qurulmasına töhfə verəcək. Mən həmişə iqtidar-müxalifət münasibətlərində düşmənçiliyin aradan qaldırılmasına tərəfdar olmuşam. Hesab edirəm ki, ölkənin mövcud problemlərinin həlli üçün iqtidar müxalifətə potensial müttəfiq kimi yanaşmalı, ağıllı təklifləri qəbul etməlidir. Bundan bütövlükdə ölkə udar”.