Liviya hökumətinin “Rusiyanın ölkəmizdə baza qurmasına imkan verməyəcəyik” açıqlamasından sonra Həftər özünün elan elədiyi atəşkəsi pozdu

Liviya hökumətinin “Rusiyanın ölkəmizdə baza qurmasına imkan verməyəcəyik” açıqlamasından sonra Həftər özünün elan elədiyi atəşkəsi pozdu

 

Sozcu.info  xəbər verir ki, Liviyada qanuni Milli Barışıq Hökuməti ard-arda mövqelərini itirən qiyamçı general Xəlifə Həftərin atəşkəs çağırışına strateji məntəqələri xilas elədikdən sonra cavab verəcəyini bildirib. Bu cavabdan sonra Həftər cəbhəsi: "O halda hücuma keçəcəyik” açıqlamasını verib.

Milli Barışıq Hökuməti atəşkəs çağırışına strateji Sirte məntəqəsini də qiyamçılardan təmizlədikdən sonra cavab verəcəyini deyib. Liviyanın daxili işlər naziri Başağa Sirte və Cufrada rusların hərbi baza qurmasının qarşısını almaq lazım olduğunu bəyan edib. Lakin Həftər qüvvələrinin mətbuat nümayəndəsi Əhməd əl Mismari atəşkəsi rədd eləməkdə ittiham elədiyi Milli Barışıq Qüvvələrinə qarşı hava əməliyyatlarını gücləndirdiklərini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti