Fransız jurnalist : “Etdiklərimiz xəcalət doğurur”

Hurriyyet.org xəbər verir ki, fransız jurnalist Jan Mişel Afati televiziyada çıxışı zamanı Əlcəzairin Fransa tərəfindən istismar edilməsinin digər müstəmləkə tarixlərindən ayrı qiymətləndirilməsinin lazım olduğunu bildirib.
Jurnalist bildirib: “Fransa ordusu bu torpaqları işğal etdiyi zaman Avropanı belə vahiməyə salan bir vəhşilik göstərib”.
“1854-cü ildə dərc edilmiş ingilis, alman və Fransa qəzetləri Fransa ordusunun müsəlmanlara qarşı davranışlarının barbarlıq dərəcəsində olduğunu göstərir”.
“Bir əsr boyunca bütöv bir xalqı öz torpaqlarında həlak elədik”.
Afati Fransanın müstəmləkəsinə çevirdiyi Əlcəzairdən üzür istəməsi müzakirələri ilə bağlı deyib: “Fransanın Əlcəzairdə 130 il boyunca elədikləri bir kəlmə ilə xəcalət mənbəyidir”.


Oxşar Xəbərlər

Xəbər lenti