Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

 

Almaniyalı nüfuzlu məhkəmə-tibb eksperti Bernd Brinkmann Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, biznesmen-oliqarx Rahat Əliyevin 2015-ci ilin fevralında Avstriya həbsxanasında intihar etmədiyini, öldürüldüyünü sübut edib.

Sozcu.info Virtualaz.org istinadən xəbər verir ki, Rahat Əliyevin Vyana həbsxanasında müəmmalı ölümünü vəkillərin istəyi ilə araşdıran məhkəmə-tibb ekspertinin rəyi "Avstriya ictimaiyyətini silkələmiş hadisə barədə” sensasion dönüş hesab olunur. Bu barədə "Die Zeit” alman qəzeti yazır.

Brinkmannın rəyində deyilir ki, söhbət üçüncü şəxs və ya şəxslər tərəfindən törədilmiş qətldən gedir. Ekspertin rəyinə əsasən Əliyevin əzablı ölümünə səbəb onun boğulması olub, üstəlik bu zaman cinayətkar və ya cinayətkarlar onun sinəsindən möhkəm basıblar, eyni zamanda ağzını və burnunu qapayaraq nəfəs almasına imkan verməyiblər.

Qazaxıstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri və ölkənin Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin cəsədi ötən ilin fevralında Vyana həbsxanasında asılmış vəziyyətdə tapılmışdı. O vaxt Əliyevin intihar etdiyi deyilirdi. Rahat Əliyev Qazaxıstanda iki bankiri şəxsən qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunub. Nəhayət onu Avstriyada həbs ediblər və Əliyev barəsində irəli sürülən ittihamlar üzrə vətəndaşlığını daşıdığı bu ölkədə məhkəmə qarşısına çıxmağa hazırlaşırdı. Vəkilləri intihar versiyasını rədd edərək deyirdilər ki, Əliyevlə hadisədən cəmi bir gün əvvəl görüşüblər və o, intihar haqda yox, məhkəmədə özünü necə müdafiə edəcəyi haqda düşünürdü.

Rahat Əliyev Nazarbayevin böyük qızı Dariqa ilə uzun müddət evli olub, bu evlilikdən onların üç uşağı vardı. Əliyev hakimiyyətdə böyük nüfuza malik olub və çoxları onu Nazarbayevin yerinə namizəd sayırdı. Ancaq həddən artıq ambisiyalı və məkrli Əliyev 2001-ci ildə diplomatik sürgünə göndərildi. 2007-ci ildə isə ona qarşı cinayət işi qaldırıldı.

İndi Rahat Əliyevin vəkilləri öz vəsaitləri hesabına cəsədin təkrar ekspertizasını sifariş veriblər. Vəkil Klaus Aynedter deyib ki, ortaya çıxan nəticə Avstriyada hüquq dövlətinin mövcudluğunu sual altına alır.

Əliyevin öldürüldüyünə dair ekspert rəyi əsasında hansı qərarların veriləcəyi hələ məlum deyil. Ancaq Qazaxıstanda Rahat Əliyevin böyük oğlu –Nazarbayevin nəvəsi haqda deyirlər ki, o, eynən atasının özüdür.

Cəld və qabadır. Hakimiyyətə susamış birisidir. Daim kiminləsə ədavətdədir və bundan zövq alır. Özünü hər kəsə elə göstərir ki, sanki ölkədə elitanı və oliqarxları görməyə gözü yoxdur. Hərçənd özü Qazaxıstanın ən elitar ailəsinin övladı olub, ən nüfuzlu oliqarx dairədəndir.

Daim prezidentə sadiqliyindən danışır. Həmişə deyir ki, prezident Nursultan Abishevich yaxşıdır, amma öz kareyasından və puldan savayı heç nə düşünməyən nalayiq adamlarla əhatələnib. Hər fürsətdə, ancaq özəlliklə, münaqişəli durumlarda prezidentin adını çəkir, onun nüfuzunun arxasına sığınır.

Ümumiyyətlə, kiminləsə şəxsi ədavəti varsa, dərhal bunu həmin şəxsin prezidentlə münaqişəsi kimi qələmə verir. Hansı yolla olursa-olsun, hədəfinə çatmağa çalışır.

Bu yolda özünə düşmən seçdiyi şəxsləri ictimaiyyətə prezidentin düşmənləri kimi təqdim edir. Futbolu çox sevir və ölkəsində bu sahəyə rəhbərlik etmək istəyir. "Azadlıq” radiosu bildirir ki, Rahat Əliyevin bütün bu cizgilərinin hamısı oğlu Aysultanda var.

25 yaşlı Aysultanın ictimaiyyətə "təqdimatı" çox sürətli olub. Rəsmi bioqrafiyasına görə,İngiltərədə hərbi akademiyanı bitirəndən sonra qısa müddətə hansısa xüsusi xidmət orqanındaçalışıb. Yaxşı bir ailənin qızı ilə evlənməsi ölkənin internet məkanına səs saldıqdan sonra buşöhrətpərəst gənc artıq siyasət meydanına atılmağın vaxtı çatdığına qərar verib və Qazaxıstanın Futbol Federasiyasının prezidenti olmaq istəyini açıqlayıb.

Ancaq məsələ burasındadır ki, federasiya prezidenti seçkili vəzifədir, üstəlik də, dünya üzrə bu vəzifədə olanların orta yaşı 40-dır. Aysultanın isə, hələlik, 25 yaşı var. Lakin o bunu əngəl saymır və federasiyanın hazırkı prezidenti Kojaqapanova od püskürür. Çox keçmir ki, istədiyinə qismən nail olur – Kojagapanov müəmmalı təhsil məzuniyyəti ilə bağlı vəzifəsindən istefa verir.Aysultanın iddiası, hələ ki, futbolla məhdudlaşır. Amma hamıya aydındır ki, bu, böyük yolun və deyəsən, növbəti böyük tarixin başlanğıcıdır...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}