Həcc ziyarəti siyasi oyuna dönür – Səudiyyə Ərəbistanı rəqibləri ilə hesab çürüdür – ARAŞDIRMA

Həcc ziyarəti siyasi oyuna dönür – Səudiyyə Ərəbistanı rəqibləri ilə hesab çürüdür – ARAŞDIRMA

 

Səudiyyə hökuməti tərəfindən qətərli zəvvarların həcc ziyarətinə qadağa heç də birinci dəfə deyil. Dini hökmün yerinə yetirilməsi yasaqlanmış vətəndaşların siyahısına əvvəllər suriyalı, liviyalı, yəmənli və fələstinlilər daxil edilib. Keçən il iranlılara qarşı mütləq yasaq tətbiq edilib, insan haqlarına riayət baxımından bütün səviyyələrdə qızğın mübahisələr doğurub və cəmiyyət siyasi fikir ayrılıqları üzündən həccin siyasiləşdirildiyini tənqidə məruz qoyub. Bununla yanaşı, aydındır ki, Səudiyyə hökuməti müsəlmanlar üçün ziyarəti asanlaşdırmaq əvəzinə onu siyasi hesabların çəkilməsi üçün alətə çevirib.

Analitiklərin əksəriyyəti hesab edir ki, Ər-Riyad həcdən hökumətə basqı üçün yararlanır ki, bu da Fars körfəzində böhran vaxtı Səudiyyə hökuməti Qətərə və vətəndaşlarına təzyiq etmək cəhdi göstərərkən sərgilənib. Keçən il iranlı, həmçinin suriyalı, yəmənli və digər zəvvarlara münasibətdə də eyni hal baş verib. Suriyada hərbi əməliyyatarın güclənməsi və Yəməndə husilərlə Ər-Riyad arasında fikir ayrılığınınn artması ilə, həmçinin Fələstin diasporunun krallığın ərazisinə nüfuz etməsi xofu qarşısında Səudiyyyə Ərəbistanı həcc ziyarətinin keçirilməsinə getdikcə daha çox yasaq tətbiq edir.

Yəmən

Ərəb koalisiyası Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə (Birləşmiş Ştatların dəstəyi ilə) müharibəyə başlayanda Ər-Riyad Yəməndən zəvvarların gəlişinə bir sıra məhdudiyyətlər tətbiq edərək həcci gerçəkləşdirmək üçün onlara özəl icazə verməyi dayandırıb.Yəmən Vəqflər Nazirliyi yanında həcc və ümrə məsələləri üzrə şöbə rəhbərinin təsdiq etdiyi kimi, Səudiyyə Ərəbistanı 15 min yəmənli zəvvara krallıqda ziyarət həyata keçirmək cəhdinə yol verməməklə icazə prosesini uzadıb. Nəticə kimi Yəmənin bütün siyasi qüvvələri Səudiyyə Ərəbistanını ittiham ediblər ki, husilərlə Ər-Riyad arasında fikir ayrılığının güclənməsi və bütün tərəflərə nisbətdə döyüş əməliyyatalrının fəallaşması nəticəsində yəmənli zəvvarlara həcc ziyarəti etməyə icazə vermir.

Suriya

Suriyaya gəlincə, Səudiyyə Ərəbistanı artıq altı il dalbadal Suriya hökumətinin nəzarətindəki rayonlarda yaşayan suriyalıları həcc və ümrə ziyarəti imkanından məhrum edir. Halbuki 12 mindən çox suriyalı Suriya inqilab və müxalıif güclərinin Milli Koalisiyası yanındakı komitənin nəzarəti altında ziyarətdən ötrü Məkkəyə gəlib. Suriyalı zəvvarların qeydiyyatı həccə getmək istəyənlərin sənədlərinin təşkili üzrə yeganə qurum sayılan həcc üzrə Ali Komitənin təsdiqlənmiş ofislərində baş tutub və Suriyada Əsəd rejimi daxil olmaqla başqa heç bir tərəfin Suriyada bu funksiyanı icra etmək hüququ yoxdur.

Keçən ilin iyulunda bir neçə ərəb şəhərindən məlumat daxil olub ki, bu ölkələrdə həcc və ümrə məsələləri üzrə bir sıra ofislərdə yalnız Suriya müxalifət koalisiyasının nəzarəti ilə suriyalılara viza veriblər. Bu bildirir ki, Əsəd rejimi nəzarətindəki ərazilərdə yaşayan bütün suriyalıların həccə getmək imkanı olmayıb. Suriya inqilab və müxalifət qüvvələri Koalisiyası 2012-ci ildən Səudiyyə Ərəbistanı həcc və ümrə nazirliyi tərəfindən suriyalı, həmçinin suriyalı qaçqınları qəbul edən ölkələrdən, yəni Türkiyə, İordaniya, Livan və Fars körfəzi dövlətlərindən zəvvarları qeydə almağa müvəkkil edilib.

Fələstin

Səudiyyə hökuməti ərəb ölkələrində yaşayan fələstinlilərə həcc və ümrəyə getməyi yasaqlayaraq qərarını bununla izah edib ki, terrorçu ünsürlərin krallığa sızmasının qabağını alır. Ər-Riyad vurğulayıb ki, yasaq Suriyadan fələstinli qaçqınlara nisbətdə qüvvədədir və yalnız onlara aiddir. Bununla belə, Fələstinin bir sıra ərəb dövlətlərindəki səfirliklərinin gerçəkliyi ondan xəbər verir ki, Səudiyyə rəsmilərinin bildirdiyi kimi, qadağa təkcə Suriyadan zəvvarlara deyil, bütün fələstinlilərə nisbətdə qüvvədədir. Əlbəttə, bu, işğal edilmiş ərazilərdən kənarda yerləşmiş xeyli fələstinli arasında qəzəbə səbəb olur. Xüsusən də nəzərə alaq ki, yasaq ən mühüm dini göstərişlərdən birinə – həcc və ümrə ziyarətinə aiddir. Bunu da nəzərə almaq lazımdır ki, onların əksəriyyəti Səudiyyə yasağı ilə artıq qoca yaşlarında üzləşiblər. Ər-Riyad həcc mövsümündə ziyarətə şərait yaratmaq və müsəlmanların birləşməsinə şərait yaratmaq əvəzinə səlahiyyətindən siyasi məqsədlər üçün faydalanır.

Liviya

Liviyalılara gəlincə, Səudiyyə Ərəbistanı elektron pasport almamış Liviya zəvvarlarını qəbuldan imtina edib, Liviyanın vəqf məsələləri  üzrə nazirliyi bunu təsdiq edib. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanı həcc və ümrə məsələləri üzrə nazirliyinə müraciətlə liviyalı zəvvarların qəbul edilməsini xahiş edib, lakin xahiş rədd olunub. Krallıq hökuməti bildirib ki, qərar bütün zəvvarlara nisbətdə tətbiq olunur. KİV məlumatlarının göstərdiyi kimi, Səuidiyyə hökuməti liviyalı zəvvarları həbs edib və general Həftarın qüvvəlrinə təhvil verib.

Eyni zamanda Faiz Sərracın başçılıq etdiyi milli barışıq hökuməti Səudiyyə Ərəbistanı nazirliyini keçən ilin iyunundan Səudiyyə həbsxanalarında olan, ümrə ziyarəti zamanı həbsə alınmış üç liviyalının taleyi haqda məlumat açıqlamağı xahiş edib.

İran

Ər-Riyadla Tehran arasında, demək olar, hər il həcc xüsusunda fikir ayrılığı meydana çıxır və keçən il iranlı bütün zəvvarlara ziyraət qadağan edilib. İranın həcc məsələləri üzrə təşkilatı o vaxt ikitərəfli münasibətlərin kəskinləşməsi fonunda bildirib ki, Səudiyyə Ərəbistanı açıq şəkildə elan etməlidir ki, vizaları hansı şəkildə verməyə və iranlı zəvvarların hava nəqli, həmçinin faciə və hadisələrin təkrarlanmasından yayınmaq üçün onların təhlükəsizlik təminatını necə həyata keçirməyə hazırlaşır.

əş-Şərq əl-Qətəri (Qətər)



Oxşar Xəbərlər

Xəbər lenti