Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Səudiyyə Ərəbistanı regional proseslərdən tədric olunur
Hadisələrin inkişafı bunu deməyə əsas verir ki, Suriyada gedən hərbi əməliyyatların dayandırılması və proseslərin diplomatik müstəviyə keçirilməsi istiqamətində aparılan danışıqlarda Ər-Riyadın maraqları nə Qərb, nə də Rusiya tərəfindən nəzərə alınmayacaq
Suriyada cərəyan edən proseslər artıq bu ölkədə hərbi əməliyyatların nəticələri barədə müəyyən fikirlər söyləməyə imkan verir. İlk növbədə bunu demək olar ki, silahlı müxalifət qüvvələrinin Bəşər Əsəd üzərində qələbəsinin mümkünlüyü ehtimalı artıq sıfıra enmişdir və bu fakt demək olar ki, bütün regional oyunçular tərəfindən qəbul edilib. Rusiya təyyarələri Suriya ərazisində terrorçuları bombalamaqda davam edir və Əsəd ordusu da bu köməkdən maksimum yararlanaraq, kifayət qədər uğurlu hücum əməliyyatları keçirməklə silahlı qruplaşmaları Türkiyə və İordaniya sərhədlərinə tərəf sıxışdırır. Hadisələrin gedişi və gözlənilən sonluqla hələ də barışmaq istəməyən yeganə ölkə kimi isə Səudiyyə Ərəbistanı diqqəti cəlb etməkdədir. Qeyd etmək lazımdır ki, son vaxtlar bu ölkənin nüfuzu və regionda gedən proseslərə müdaxilə imkanları kifayət qədər aşağı düşmüşdür və bu hal indi də davam edir. Həm də maraqlıdır ki, Səudiyyə Ərəbistanının üzləşdiyi bu durum təkcə onun rəqiblərinin deyil, ilk növbədə bu ölkənin əsas müttəfiqi olan ABŞ-ın son vaxtlar atdığı bəzi addımlar nəticəsində yaranmışdır. Belə ki, regional məsələlərin həlli yönümündə gedən proseslərdən kənarda saxlanmaqla Səudiyyə Ərəbistanının nüfuzuna ilk böyük zərbə, Qərbin İranla əldə etdiyi nüvə razılaşması xüsusunda vurulmuşdu. Məhz bu razılaşma ətrafında gedən danışıqlarda Ər-Riyadın iştirakını ABŞ və Avropa ölkələri təmin etmədilər. Əlbəttə, Qərb dövlətlərinin öz maraqları naminə dünənki müttəfiqlərindən bu gün üz döndərmələri faktı kifayət qədər tez-tez müşahidə olunan bir haldır. Lakin etiraf etmək lazımdır ki, ABŞ-ın məhz bu dəfəki, yəni İranla bağlanmış nüvə sazişi xüsusunda tutduğu mövqeyi tamamilə anlaşılandır. Çünki Səudiyyə Ərəbistanının regionda olan maraqları baxımından son vaxtlar yürütdüyü destruktiv siyasət göstərir ki, bu ölkənin danışıqlar masası arxasına dəvət olunması həmin danışıqlarda müsbət nəticə əldə edilməsi imkanlarını heçə endirir. Bununla belə, rəsmi Ər-Riyad öz qərb müttəfiqlərindən aldığı bu ilk təpgidən heç bir müvafiq nəticə çıxarmadı. Buna görə də Suriyada Bəşər Əsədlə müxalifət arasında mövcud münaqişənin həlli prosesi Rusiya ilə Qərb arasında bu dəfə də Səudiyyə Ərəbistanının maraqları nəzərə alınmadan həyata keçirilir. Xüsusilə də Kreml bu maraqlara tamamilə etinasız münasibət sərgiləməkdədir. Bu isə, öz növbəsində Səudiyyə Ərəbistanının daha da qıcıqlanmasına və növbəti siyasi səhvlərə yol verməsinə səbəb olur. Birmənalı olaraq, bu ölkənin müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın Rusiya prezidenti ilə görüşündə Moskvanın Suriyada apardığı hərbi əməliyyatların təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə etdiyi xəbərdarlığı da belə bir səhv kimi qiymətləndirmək olar. Təbii ki, belə bir xəbərdarlıqdan sonra, bu günlərdə Rusiyanın paytaxtında qarşısı alınmış terror aktının arxasında kimlərin durduğuna dair əlavə ehtimallar da yaranacaq. Bu isə, ilk növbədə Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının özü üçün möhkəm baş ağrıları yarada bilər.
Suriyada gedən proseslər isə, artıq tərəflərin qarşılıqlı razılığı əsasında getdikcə daha çox diplomatik müstəviyə daşınmaqdadır. Həm də gözlənilən budur ki, Qərb artıq Bəşər Əsədin mütləq və dərhal hakimiyyətdən getməsi tələbini danışıqlarda əsas şərt kimi ortaya qoymaq niyyətindən də daşınmaq üzrədir. Əlbəttə, belə bir tələbi təklənmiş və bir tərəfdən silahlı müxalifət, digər tərəfdən də terror qruplaşmaları tərəfindən əhatəyə alınmış dövlət başçısına qarşı irəli sürmək asandır. Lakin Rusiyanın hərbi müdaxiləsi Suriyada hərbi qüvvələrin nisbi balansını məhz hökümət qüvvələrinin xeyrinə dəyişmiş oldu. Düzdür, bu ölkənin bəzi müxalifət qüvvələri hələ də Bəşər Əsədin yer alacağı danışıqlar masası ətrafına gəlməkdən intina edirlər. Lakin nəzərə almaq lazımdır ki, Rusiya təyyarələri İŞİD-lə birgə hökumət əleyhinə çıxan bütün digər hərbi birləşmələri də bombalamaqda davam edirlər. Bu “güclü arqument”in qarşısında Suriya müxalifətinin uzun zaman davam gətirə biləcəyi isə qətiyyən inandırıcı deyil.
Elsami
Oxşar Xəbərlər
Suriya müxalifəti Kremlə yol axtarır
Vurulan rus təyyarəsinin pilotunun türkmənlərin əlinə keçdiyi bildirilir
Təcili: Türkiyə Rusiya qırıcısını vurdu
Putindən MDB liderlərinə xəbərdarlıq: “Biz onlara imkan verməməliyik ki...”
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq