8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şimali İraq Kürd Muxtariyyəti Afrinin PKK/YPG terror təşkilatından təmizlənməsi ilə əlaqədar olaraq, öz ərazisində keçiriləcək Novruz tədbirlərini ləğv edib.
Afrinin Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə alınmasından sonra Şimali İraq Kürd Muxtariyyətinin ərazisində olan Süleymaniyyə şəhərində yas elan edilib. Süleymaniyyənin valisi Hafal Əbu Bəkr deyib: "Afrində baş verənlərlə əlaqədar olaraq Süleymaniyyədə üç günlük matəm elan edilib. Növruz bayramı ilə bağlı keçiriləcək bütün tədbirlər ləğv edilib”.
Xəbər verildiyi kimi, "Zeytun budağı” əməliyyatının 58-ci günündə Afrin şəhərinin mərkəzi PKK/YPG terror təşkilatından tamamilə təmizlənib və zəfər əldə edilib.
Türkiyənin dəstəklədiyi və dinc vətəndaşlara zərər verilmədən aparılan uğurlu əməliyyat dünya mətbuatında da geniş yer tutub. Yunan mətbuatı da terrorçularla bərabər matəmə batıb.