Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
"Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı" adlı anti-terror əməliyyatı 39 gündür davam edir.
Bu müddət ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi məhv edilib.
Əməliyyat nəticəsində 100-dən çox kənd terrorçulardan təmizlənib. Azad edilən ərazilərdə mülki əhali arasında gizlənməyə çalışan terrorçu PKK/PYD qruplaşmasının 2 silahlısı da aşkar edilib. Çoban paltarında olan həmin terrorçular hərbçiləri hərəkət istiqamətindən yayındırmağa cəhd göstəriblər. Onlar saxlanılıb və Türkiyəyə aparılıblar.
Qeyd edək ki, "Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.