ABŞ MİLLİ KƏŞFİYYAT DİREKTORLUĞUNUN YENİ HESABATINDA NƏLƏR VAR? – Türkiyə, Suriya, İran və Rusiyadan gözləntilər...

ABŞ MİLLİ KƏŞFİYYAT DİREKTORLUĞUNUN YENİ HESABATINDA NƏLƏR VAR? – Türkiyə, Suriya, İran və Rusiyadan gözləntilər...

 

Sərdar Turqut

"Habertürk”ün Vaşinqton təmsilçisi, 25 aprel 2018-ci il

Vaşinqtonda işləyən bir jurnalistin həyat tərzi çox oxumaq üzərində qurulmalıdı. Çünki demək olar ki, hər gün bir çox qurumdan hesabat və analizlər axmaqdadır. İnformasiyaya söykəndiyiniz və diqqətli oxuduğunuz təqdirdə, ayrıca, mütəxəssis mənbələriniz də varsa, gizli informasiyaya gedən qapını aralaya bilərsiniz.

Məncə, bu hesabatlar arasında ən tərəfsiz müşahidəyə söykənəni ABŞ kəşfiyyat cameəsinin dəyərləndirmələrindən formalaşan "Qlobal təhdid dəyərləndirməsi” hesabatıdır (Worldwide Threat Assessment of the US Intelligence Community).

Builki hesabatda Milli Kəşfiyyat Direktoru olaraq Daniel Koutsun imzası da var. Hesabatda dünyanın hər bir regionu kritik ölkələr əsasında dəyərləndirilərək, qarşıdakı günlərdə ABŞ-a yönələ biləcək təhdidlər analiz edilir. Bu, milli təhlükəsizlikdən yazan jurnalistlərin çantalarında davamlı olaraq daşımaları lazım olan bir sənəddir.

Normal halda, Vaşinqtondakı qurumların gələcəkdə milli təhlükəsizlik haqqında hər bir qərar aldıqda ilk müraciət edəcəkləri sənəd bu olmalıdı. Çünki bu, yerlərdən gələn kəşfiyyatın müvafiq orqanlar tərəfindən işlənərək, təqdim edildiyi bir hesabatdır.

Türkiyə

Çox gizli saxlanması tələb edilən bölümlərdə nələrin olduğu bu an bilinmir, amma ictimaiyyətə açıq olan bölümündə Türkiyə ümumi "Avropa” başlığı altında, 25-ci səhifədə yer alır. Türkiyə haqqında qısaca və mahiyyətcə bu analiz verilib:

"Terrorla mübarizə sahəsində Türkiyənin İŞİD-ə qarşı ABŞ-la birgə əməkdaşlığı, böyük ehtimalla, davam edəcək, amma kürdlərin regiona yönəlik məqsədlərini əngəlləmək də Türkiyənin öncəlikli xarici siyasəti olacaq. Prezident Ərdoğanın iki ölkəni qütbləşdirən danışıqları davam edəcək. Bu da ikitərəfli əlaqələrin və regionda ortaq hədəflər yönündəki əməkdaşlığımızın daha da gərilməsinə yol açacaq.”

Suriya

Təxmin edə biləcəyiniz kimi, hesabatın "Orta Şərq” bölümü daha uzundur və 20-ci səhifəsində Suriya ilə əlaqədar bu təsbitlər yer alır:

– Əsəd rejiminə qarşı 7 ildir davam edən üsyanın sonunda gəlinən nöqtədə artıq müxalifətin onu iqtidardan salması ehtimalı yoxdur. Əsədin formalaşdırmağa başladığı hərbi güc üstünlüyünü də müxalifətin aşması mümkün deyil.

– İŞİD-ə qarşı böyük nailiyyətlər əldə edilmişdir və təşkilat böyük zərbə almışdır. Ancaq buna rəğmən, təşkilat Suriya torpaqlarında gizli bir şəbəkə nüvəsinə sahibdir və məqsədi bunu 2018-ci ildə təkrar canlanmaq üçün istifadə etməkdir. İŞİD, 2018-ci ildə də öz mübarizəsini davam etdirməkdə qərarlıdır.

– Moskvanın Əsədi, özünü zəiflədəcəyinə inandığı bir siyasi anlaşmaya məcbur etməsi mümkün görünmür. Bu, ancaq Moskva Əsədi güclə iqtidardan salmağa qərar verərsə, ola biləcək bir şeydir. Əsəd sülh danışıqlarına qatılsa da, öz gücünü əlindən alacaq anlamlı bir siyasi anlaşmaya getməkdən yayınacaqdır.

– Rusiya və İran uzunmüddətli olaraq Suriyada qalmağı planlaşdırmaqdadır. Ayrıca, yeni hərbi bazalar yaratma və ölkənin yenidən inşası ilə neft və təbii qaz çıxarma haqları üçün planlar qurmaqdadırlar.

– İran Suriyadan keçən və Livana qədər uzanan bir quru dəhlizi yaratma məqsədini davam etdirməkdədir.

YPG

– PKK-nın Suriya milisi olan YPG, böyük ehtimalla, hər hansı bir formada muxtariyyat istəyəcək, amma bunun Türkiyə, İran və Rusiyadan əks-reaksiya görəcəyi gözlənilir (Hesabatın 21-ci səhifəsi).

– Yenidən inşa etmə müddəti ən azı 10 il davam edəcək və ən azı 100 mlrd. dollar tutacaqdır. Qonşu ölkələrdə 5 milyon qaçqın var və 6 milyon 300 min adam da ölkə daxilində qaçqın durumundadır.

Pompeoya necə "bəli” deyildi?

Mayk Pompeonun Xarici işlər naziri olaraq təyin edilməsi məsələsi Senatın Xarici əlaqələr komitəsində bazar ertəsi gecə, Türkiyə saatı ilə 00.30-a doğru səsverməyə qoyuldu. Səsvermədən öncə 11 respublikaçı və 10 demokrat senatordan təşkil olunan komitədən qəti olaraq "xeyr”səsi çıxması gözlənilirdi. Ancaq bir senator dostunun dəfnində olması səbəbilə iştirak edə bilməyincə, daha da önəmlisi, aylardır Pompeo əleyhinə danışan və "xeyr” deyəcəyini açıqlayan respublikaçı senatorRənd Pol son anda səsini dəyişdirdiyini açıqlayınca, işlər qarışdı.

Nəticədə, komitə 9-a qarşı 11 səslə Pompeonun təyinatını təsdiqlədi və müsbət tövsiyyə qərarı ilə Senata göndərdi. Orada demokratların səs verəcəyini açıqlaması səbəbilə də, Pompeonun nazir olması məsələsi dəqiqləşdi.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}