ABŞ-I HƏDƏLƏDİ! - "ƏGƏR MÜQAVİLƏ LƏĞV EDİLƏRSƏ..."

ABŞ-I HƏDƏLƏDİ! - "ƏGƏR MÜQAVİLƏ LƏĞV EDİLƏRSƏ..."

 

Trampın qərarı ərəfəsində Ruhani açıqladı: "Bir şey olsa, həftə içərisində buna cavab verəcəyik”

İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə müqaviləsini ləğv etməkdən peşman olacağını, belə bir şey baş verəcəyi təqdirdə, İranın bir həftədən də qısa müddət ərzində buna cavab verəcəyini söyləyib.

Ruhani ölkəsinin qarşıdakı iki-üç ay ərzində bəzi problemlərlə qarşılaşa biləcəyindən bəhs edərək, bu əngəllərin öhdəsindən tez bir zamanda gələ biləcəklərini deyib: "Embarqolar olsa da, olmasa da öz ayaqlarımızın üzərində durmalıyıq. Biz dünya ilə qurucu münasibətlər yaratmaq, lakin İranın mənfəəti daxilində hərəkət eləmək niyyətindəyik”.

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründən bəri İran ilə bağlanan nüvə müqaviləsini "ABŞ tarixindəki ən pis razılaşmalardan biri” adlandırıb. Trampın P5+1 (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) ölkələri ilə İran arasında 2015-ci ildə imzalanan və İranın nüvə proqramının məhdudlaşdırılmasına qarşı beynəlxalq sanksiyaları aradan qaldıran müqavilənin aqibəti ilə bağlı mayın 12-də qərar verəcəyi deyilir.



Oxşar Xəbərlər

Xəbər lenti