8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Haaretz”
İsraillə Türkiyə arasındakı əlaqələr son illərdə səmimi olmayıb, lakin İsrailin "Mavi Mərmərə” basqını qurbanlarına 20 milyon dollar təzminat ödəməyi razılaşmasından sonra, əlbəttə, münasibətlər inkişaf edib.
İndi iki tərəfin geri çağırılan və çıxarılan elçiləri, təhqir və söz duel ilə münasibətlər risk altına düşmüş görünür. Söz müharibəsi bitməyə, amma iqtisadi əlaqələrə təhlükə yarada bilər.
2010-cu ildə "Mavi Mərmərə” hadisəsinə qədər Türkiyə-İsrail əlaqələri, ticarət və turizmlə yanaşı, hərbi-müdafiə əlaqələrini də əhatə edib. Bu sahədə əməkdaşlıq, o cümlədən İsrailin 170 türk tankını modernləşdirməsi üçün 1 milyard dollarlıq layihə, birgə hərbi hava qüvvələri təlimləri və digər böyük müqavilələr daxil olmaqla, bir an əvvəl buxarlanıb.
Amma ticarət və işgüzar əlaqələr siyasi gərginlikdən kənarda qalıb və nəzərdən keçirilən illərdə daha da güclənib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail əleyhinə hay-küy salsa da, öz ölkəsinə verəcəyi zərərdən qorxduğuna görə, biznes həmişə olduğu kimi davam edib.
İl ərzində kimin ən çox qazanan olduğunu kəmiyyətlə ölçmək asan deyil. Bir israilli Türkiyədə ucuz qiymətə köynək alırsa, qazanan kimdir? Gəlir əldə edən satıcı və ya ucuz köynək alan alıcı? Bu, bazar iqtisadiyyatının sehridir: işə yarayanda, hər kəsin faydasına olur. Buna görə də, siyasətçilər təhqir və ittihamları "satdıqları” zaman belə, əsl satıcı və alıcı öz işlərində olur.
Logistik səbəblərə görə xarici ticarət, adətən, ölkənin ən yaxın qonşuları ilə aparılır. Lakin İsrail ərəb qonşuları ilə faktiki olaraq heç bir iş görmür, buna görə də, Türkiyə heç vaxt yerinə yetirilməmiş vədləri həyata keçirir.
Hər halda, iki ölkə arasındakı iqtisadi əlaqələr 2016-cı ildə "Mavi Mərmərə” işi ilə əlaqədar imzalanan müqaviləyə birbaşa bağlı olmadan istiləşməyə başlayıb. Bunun əvəzində, İsrail hökumətinin yaşayış xərclərini və Suriyadakı vətəndaş müharibəsinin təhlükəsini azaltma cəhdləri ilə məşğul olub.
Yaşayış səviyyəsini – rifahı yaxşılaşdırma aviasiya sektorunda daha çox rəqabət yaratma və biletlərin ucuzlaşması ilə bitib. Bu, israillilərin Türkiyəyə avia səfərlərinin artmasına gətirib çıxarıb, amma məqsəd orada qalmaq deyil, İstanbulu son təyinatlarına uçuşlar üçün qovşaq kimi istifadə etmək olub.
2012-ci ildə "Open Skies” qüvvəyə mindikdən sonra 686 min nəfər İsraildən 4,706 uçuşla Türkiyəyə yollanıb; keçən il təxminən 2 milyon nəfər 12,400 səfər reallaşdırıb. Hər iki tərəf də bundan faydalanıb. İsraillilər daha ucuza uçuşlar əldə edib, "Türk Hava Yolları” və hava limanları bu işdən indi də faydalanır.
Türklər İsrailə çox sayla səyahət etməyiblər, ancaq birdən-birə onu türk əkinçilik məhsulları (o cümlədən İordaniyaya digər ixracat üçün ) əhəmiyyətli tranzit nöqtəsinə çevirib, çünki vətəndaş müharibəsi ucbatından türklər artıq yüklərini Suriya vasitəsi ilə maşınlarla daşıya bilməyiblər.
Hazırda türk yük nəqliyyatçıları Hayfa limanına gəlirlər. Yük maşınları və onların türk sürücüləri İsraildən keçməklə Şeyx Hüseyn körpüsü ilə İordaniyaya səfər edirlər. Hər həftə təxminən 30-40 yük maşını həmin marşrutla yol gedir, əgər türk şirkətləri eyni marşrutla nəhəng Səudiyyə bazarına xidmət etməyi qərara alsa, nisbətən kiçik rəqəm daha da böyük ola bilər.
İsrailin gəmiçilik agentliyi olan "Tiran Shipping” şirkətinin idarəedici tərəfdaşı Deyvid Behriş bu günə qədər İsrail-Türkiyə diplomatik əlaqələrinin yük konvoylarına heç bir təsiri olmadığını deyir.
Behriş deyib: "”Mavi Mərmərə”dan sonra belə, bir gərginlik hiss etmədim. Mən indi də bunu hiss edəcəyimi düşünmürəm, İstanbuldakı İsrail konsulluğundan danışdım və onlar məsələnin sıradan bir iş olduğunu və bu şəkildə qalacağını söylədilər”.
2017-ci ildə İsrail-Türkiyə ticarət dövriyyəsi 4,3 milyard dollara çatıb və bu, Türkiyə üçün əhəmiyyətli artımdır. İsrailin Türkiyəyə ixracatı 1,4 milyard dollar, Türkiyədən idxal isə 2,9 milyard dollar təşkil edib. İsrailin Türkiyəyə ixracı əsasən kimyəvi maddələr və neft məhsullarıdır; idxal əsasən avtomobillər, metallar, texniki maşınlar və toxuculuq məhsullarıdır.
Ticarətin artırılması üçün real imkan təbii qazdır. Türkiyənin ona ehtiyacı və İsrailin böyük ehtiyatları var. Türkiyə idxal olunan Rusiya qazından təhlükəli dərəcədə asılıdır və İsrail bölgədəki mövqeyini artırmaq üçün öz enerji qaynaqlarından istifadə etmək istəyir.
Tərəflər uzun illərdir danışıqlar aparıblar, lakin heç bir nəticə əldə olunmayıb. Bir mənbə deyib ki, "Türkiyə ilə hər zaman danışıqlar aparılır. Əgər onlar hər iki hökumətdən güclü dəstək alsalar, irəliləyirlər ".
Təl-Əviv Universitetinin professoru Eyal Zisserin sözlərinə görə, İsrailin tam dəstək verməməsinin bir səbəb budur ki, öz qazını Avropaya Kipr və Yunanıstan vasitəsilə ixrac etmək istəyir, bu da Türkiyə üçün siyasi cəhətdən qeyri-məqbul seçimdir. Uzunmüddətli müqavilə zəmanəti olmadan İsrailin "Leviafan” yatağından Türkiyəyə qaz çatdırmaq üçün boru kəmərinin tikintisinə lazımi olan 2 milyard dollar sərmayəni heç kim verməyəcək.
Zisser deyir ki, söhbət Türkiyə iqtisadiyyatından getdikdə, Ərdoğan həmişə qəzəbini yatırmağı və siyasətlə biznes arasında fərq qoymağı bacarır. "O, hədd-hüdudu bilir, amma Yaxın Şərq dinamikasında onun növbəti addımının nə olacağını müəyyənləşdirmək çətindir”.
Tərcümə: Strateq.az