8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
eadaily.com
Ermənistan Milli Məclisi (parlamenti) mayın 8-də parlament azlığının təmsilçisi Nikol Paşinyanı ölkənin baş naziri seçib. Respublikanın yeni Konstitusiyasına əsasən, baş nazir tam hakimiyyətə malikdir və faktiki, dövlətin başçısı sayılır. Ermənistanda "məxməri” deyilən inqilab qalib gəlib, xalq etirazlarının lideri isə "xalq etimadı” hökuməti formalaşdırıb və keçirilmə müddətini bu gün heç kimin proqnozlaşdırmağa girişmədiyi erkən parlament seçkilərinə hazırlaşır.
Etiraz aksiyalarının təşkilatçıları ta başdan bildiriblər ki, Ermənistandakı hadisələr xarici siyasət "astar”ından məhrum sırf daxili-siyasi prosesdir. Paşinyan şəxsən yaxşı anlayırdı ki, Ermənistan Ukrayna deyil, Ermənistan cəmiyyətinin əksəriyyəti isə xalqı Rusiyaya qarşı aparan liderlərin arxasınca heç vaxt getməz. Erməni xalqının tələbi sosial-iqtisadi xarakterli dəyişikliklər və yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Belə, ya elə, Paşinyan bu ana doğru parlamentdə proqramında Ermənistanın AİB-dən çıxması və Avropa Birliyi ilə fəal inteqrasiyası haqda açıq-aydın yazılmış "Yelk” fraksiyasına başçılıq edib.
Bundan başqa, bu fraksiya İrəvanın AİB-dən çıxması haqda parlamentdə dinləmələrə təşəbbüs göstərib.
Xalq etirazlarının lideri Paşinyan yaxşı anlayırdı ki, onun təşəbbüsünün uğuru halında Rusiyadakı tərəfdaşlarda əsas sual qarşıda dura bilər: Rusiya-Ermənistan münasibətləri necə olacaq? Paşinyan mitinqlərin gedişində məhz buna görə Moskvaya loyallığı haqda elə hey bəyan etməyə, hətta Ermənistan-Rusiya münasibətlərinin prioritet xarakterini vurğulamağa başlamışdı. O, Rusiyanın Ermənistan səfirliyinin diplomatları, Dövlət Dumasının deputatları ilə görüşdə də bundan danışıb.
Mayın 14-də Soçidə Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutduğu AİB sammiti keçirilib. Paşinyan görüş vaxtı Ermənistandakı hadisələrlə bağlı Rusiyanın təmkinli mövqeyinə görə təşəkkür edib və dəfələrlə vurğulayıb ki, heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini heç vaxt şübhə altına qoya bilməz. Paşinyan Rusiya prezidentiylə görüşə qədər "Россия 24” kanalına müsahibədə qeyd edib ki, həbsxanada əyləşərkən onun sevimli filmləri Böyük Vətən müharibəsi haqqındakılar olub. Habelə məlum olub ki, Moskvada Qızıl Meydandakı parad Ermənistanda bir çox erməni üçün sevilən tamaşadır.
Təbii ki, bütün bu təzimlər Ermənistanda hakimiyyətə, ən azı, "düşmənlər”in gəlmədiyi haqda Moskvaya birbaşa siqnaldır.
Paşinyan Soçi sammitindən sonra öz kabinetini formalaşdırmağı davam etdirib. Sirr deyil ki, yeni hökumət təmsilçilərinin böyük əksəriyyəti müxtəlif vaxtlarda Qərbin bu və ya digər ali təhsil məktəblərini bitirib.Və bunda pis heç nə yoxdur. Lakin onlardan bəzilərinin təhsildən azad vaxtlarda nə ilə məşğul olduqları, ən azı, düşünməyə məcbur edir.
Paşinyanın ən maraqlı təyinatlarından biri yeni hökumət başçısının hey bəhs etdiyi Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin inkişaf məntiqinə, yumşaq desək, çətin sığışır – "Transparency International” təşkilatının seçki proqramlarının koordinatoru Armen Qriqoryanın Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilməsi.
"Transparency International” təşkilatını Soros Fondu maliyyələşdirir. Çoxlarına məlumdur ki, Soros Fondu bütün dünya üzrə "rəngli” inqilabları maliyyələşdirən Amerika milyarderinin QHT-sidir. Corc Soros Rusiyanı qatı düşmən sayır, Ermənistanda isə 70-dən çox təşkilat məhz bu fonddan maliyyə alır. Onların əksəriyyətinin məqsədi Rusiya-Ermənistan münasibətlərini pozmaq və Ermənistan cəmiyyəti içində Rusiyanın imicini təhrif etməkdir.
Ermənistan-Rusiya ittifaqı perspektivində az əlamətdar olmayan başqa bir hadisə David Sanasaryanın Dövlət Nəzarət Xidmətinin rəisi təyin edilməsi olub. David Sanasaryan Amerika ermənisi Raffi Ovannisyanın başçılıq etdiyi Qərbyönlü keçmiş "İrs” partiyasının təmsilçisidir. Sanasaryan Ermənistanda ən qızğın antiruisya fəallardan biridir –amerikalı bosslarının düşündüyü yeni plakatla ona ildə bir neçə dəfə Rusiyanın İrəvandakı səfirliyinin binası qabağında təsadüf etmək olardı. Məhz Sanasaryan Rusiya səfirliyinin binasını yumurtaya tutub, habelə Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edib.
Lap bu günlərdə məlum olub ki, Nikol Paşinyan "Məlumatlandırılmış vətəndaşlar” birliyi QHT-nin koordinatoru Daniel İoannisyana ER Seçki Məcəlləsinin yeni versiyası üzərində işə başçılıq etməyi tapşırıb. İoannisyan çoxlarına keçənilki parlament seçkilərində Respublikaçılar Partiyasının maraqlarına lobbiçilik edən məktəb direktorlarının işi üzrə ifşaçı kimi məlumdur. İoannisyanın təşkilatının saytı İoanniosyanın fəaliyyət sahəsi haqda aydın təsəvvür verir. Saytın "Tərəfdaşlar” bölməsində Amerikanın casus təşkilatlarının adlarının tam bir hörüyünü aşkarlamaq olar: Soros Fondu, Demokratiyaya Dəstək üzrə Milli Fond (NED), Demokratiyaya Dəstək üzrə Avropa Fondu (EED) və s. Bu fondlar AİB, KTMT, bütünlükdə Rusiya-Ermənistan münasibətlərini nüfuzdan salmaq üçün İoannisyanı maliyyələşdirir.
Saytda bu QHT təmsilçilərinin AİB, KTMT, Rusiyaya həsr edilən müəllif məqalələrini görmək olar. Təşkilat Ermənistanın AİB-də iştirakı prosesini gözdən salmaq məqsədilə sözügedən fondlar tərəfindən qrantlar alıb. Məsələn, Demokratiyaya Dəstək üzrə Milli Fond (NED) demokratik inkişaf və təhlükəsizlik baxımından Ermənistanın AİB-ə girməyinin mənfi tərəflərini üzə çıxarmaq üçün İoannisyana 57 000 $ ayırıb. Təşkilat araşdırma aparıb və Ermənistanın AİB-ə girməsi mövzusunda məqalə və video buraxıb, habelə jurnalsitlərlə və respublikanın İrəvana yaxın bölgələrində mülki cəmiyyət fəalları ilə seminar keçirib. AB-nin Ermənistandakı nümayəndə heyətinin başçısı, səfir Pyotr Svitalski bu cür görüş-seminarların birinə qatılıb.
Babken Ter-Qriqoryan mayın 25-də Ermənistan diaspora nazirinin müavini vəzifəsinə təyin olunub. Ter-Qriqoryan Parisdə doğulub, böyüyüb və ABŞ-da təhsil alıb. Armen Qriqoryan kimi "Transperensy International”-də işləyib, Soros Fondunda proqramlar koordinatoru olub. Bu adam eyni zamanda baş nazirin I müavininin iqtisadiyyat üzrə müşaviri təyin edilib.
Şübhə yoxdur ki, Nikol Paşinyan Ter-Qriqoryanın ən böyük erməni diasporunun yaşadığı müttəfiq dövlətin liderinin ünvanına ədəbsiz söyüşlü plakatla təsvir olunan fotoşəkli görüb. Paşinyan Babken Ter-Qriqoryana bu yöndə bel bağlayırsa, tezliklə qanı qaralmalı olacaq.
Əmək və sosial məsələlər üzrə nazir təyin edilən Mane TandilyanAmerikanın "Sinopsis” şirkətində uzun illər baş mühasib kimi işləyib. Tandilyan "Yelk” blokunu, habelə Qərbyönlü "Mədəni Ermənistan” partiyasını təmsil edir. Tandilyan və partiyası hesab edir ki, Ermənistanın AİB-dən çıxması ölkə üçün yeni imkanlar açacaq, Ermənistan mallarına isə Avropa bazarında tələb var. Gürcüstanda Saakaşvili komandasının Soros nazirləri də kənd təsərrüfatı sahəsini dağıdana qədər eyni şeyi vird edirdilər və bundan sonra Rusiyadan öz bazarını gürcü şərabı və sərinləşdirici içkiləri üçün açmağı xahiş etdilər.
Beləliklə, tam aydın deyil ki, Paşinyan bu cür komandayla Rusiya-Ermənistan münasibətlərinin səviyyəsini necə qaldırmağa hazırlaşır?Axı bu şəxslər xroniki rusanirfətlidirlər və bunu dəfələrlə təsdiq ediblər. Əslində, bu yalnız natamam siyahıdır. Zaman keçdikcə təzə ortalığa çıxan başqa erməni siyasətçiləri və məmurlarını da təqdim edəcəyik – əminik ki, Paşinyanın Soçidə inandırdığı kimi, Ermənistanın Rusiya ilə stratreji ittifaqını inkişaf etdirmək üçün "enerjiylə doludurlar”.
Tərcümə Strateq.az-ındır.