8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aргументы и факты, 25.04.2018
Hazırda Ermənistanda baş verən inqilabi gəlişmələr və etiraz hərəkatının radikal lideri Nikol Paşinyanın şəxsiyyəti və siyasi baxışları əksər KİV-lərin diqqət mərkəzindədir. Bunu nəzərə almaqla Strateq.az-ın oxucularını erməni müxalifətinin lideri Nikol Paşinyanın siyasi tərcümeyi-halıyla tanış edirik.
Ermənistanda etiraz hərəkatına başçılıq edən "Vətəndaş sazişi”partiyasının lideri Nikol Paşinyan və Ermənistan baş naziri vəzifəsini icra edən Karapetyan aprelin 25-də danışıq aparmalıydılar, amma görüş ləğv edilib, çünki müxalifət lideri yeni tələb irəli sürüb: hakimiyyətin dinc yolla xalqa verilməsi və erkən parlament seçkiləri.
Dosye
Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda (Ermənistan) doğulub.
1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, amma siyasi baxışlarına görə son kursda universitetdən çıxardılıb.
Peşə fəaliyyəti
90-cı illərin ortalarından Ermənistanın müxtəlf KİV-lərində işləyib.
1993-1994 – "Dprutyun” qəzetinin müxbiri.
1994-1997 – "Lragir”, "Lragir-or”, "Molorak” qəzetlərinin müxbiri.
1995-1997 – "Molorak” qəzetinin əlavəsi "Em-Es-e”-nin redaktoru.
1998-1999 – "Oragir” qəzetinin təsisçisi və baş redaktoru.
1999-dan – "Aykakan jamanak” ("Ermənistan zamanı”) qəzetinin baş redaktoru.
Siyasi fəaliyyəti
2007-də Ermənistan prezidenti Robert Köçəryan və baş nazir Serj Sərkisyanın istefası uğrunda çıxış edən "İmpiçment” siyasi blokunun siyahısında birnömrəli namizəd kimi parlament seçkilərinə qatılıb. Blok parlamentə girməyə nail olmayıb və Paşinyan Ermənistan hökumətini səsləri saxtalaşdırmaqda ittiham və seçkiləri etibarsız elan etməyi tələb edib. Etiraz əlaməti kimi İrəvanın mərkəzində oturaq tətil elan edib. Bir il keçəndə dövlət başçısı seçiləndən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarlarının prezidentə qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan axtarışa verilib, bir il dörd ay ərzində hüquq-mühafizə qurumlarından gizlənib.
2009-un iyulunda hökumətə təslim olub və həbsə alınıb. Kütləvi iğtişaşların təşkilinə görə 2010-un yanvarında yeddi il həbsə məhkum edidlib. 2011-in yanvarında əfv əsasında azadlığa buraxılıb.
Həbsxanadan çıxaraq siyasətə qayıdıb. 2012-də "Ermənistan Milli Konqresi” partiya blokundan proporsional seçki sistemi üzrə Ermənistan Mili Məclisinin deputatı seçilib.
2013-cü ildən "Vətəndaş sazişi”nin üzvüdür.
2016-cı ildən "Yelk” partiyasının üzvüdür.
2017-də "Yelk” partiyasından parlamentə seçilib. Paşinyanın daxil olduğu blok 8%-dən az səs yığıb.
Paşinyan 2017-ci ilin mayında İrəvan meri seçkilərinə qatılıb, lakin 21% səs toplayaraq hakim Ermənistan Respublika Patiyasını təmsil edən, fəaliyyətdə olan şəhər başçısı Taron Marqaryana uduzub.
Məxməri inqilabın lideri
Paşinyan 2018-ci ilin aprelində ölkədə Sərksiyanın baş nazir vəzifəsinə təsdiq edilməsinə qarşı etiraz hərəkatına başçılıq edib. Aprelin 17-də hədəfi Sərkisyanın istefası və erkən parlament seçkiləri olan "məxməri, xəlqi və dinc inqilab”ın başlandığını elan edib.
Polis aprelin 21-də axşam xüsusi vasitələr işlədib və nümayişçilər arasında kütləvi həbslər aparıb. 270-dən çox adam, o cümlədən Paşinyan da həbs olunub. Onlar aprelin 23-də gündüz azad ediliblər.
Siyasi baxışları və Rusiyaya münasibəti
Paşinyan Rusiya və Ermənistanın münasibətlərini "danışanla dinləyənin qarşılıqlı münasibəti” kimi dəyərləndirir. Rusiyanı "qardaş ölkə” saymaqla Rusiya hərbi bazasının Ermənistanda yerləşməsində problem görmür. Bununla yanaşı, Paşinyan ümidini ifadə edir ki, hökumətin formalaşması məsələsində Moskva erməni xalqının qərarına sayğı göstərəcək. Müxalifət liderinin fikrincə, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) "könüllü deyil, məcburi” daxil olub.
Paşinyan Qarabağ münaqişəsinin həlli məsələsində Dağlıq Qarabağ Respublikasının (mətndə bu cürdür-tərc.) bu əraziyə aid istənilən danışıqlarda iştirakı uğrunda çıxış edir. Paşinyanın sözlərinə görə, Ermənistan "strateji tərəfdaşımız RF-nin dəstəyi və müdaxiləsilə Azərbaycanla hərbi balans məsələsində uduzub”.
Paşinyan hesab edir ki, Ermənistanın baş naziri yalnız xalqın namizədi olmalıdır. Müxalifət lideri əvvəllər bildirib ki, ölkənin baş naziri olmağa hazırdır. Paşinyan deyib: "Xalq məsuliyyəti mənim üzərimə qoyarsa,baş nazir olmağa hazıram. Ehtimal böyükdür ki, belə də olacaq”.
Onun sözlərinə görə, hakimiyyətə gələcəyi halda "kadr təmizləmə” təşkil etmək niyyətində deyil.
Ailə durumu
Evlidir, üç övladı var.
Tərcümə Strateq.az-ındır.