RUSİYA SANKSİYALARIN LƏĞVİNDƏ MARAQLI DEYİL –Moskvanın "dovşana qaç, tazıya tut" siyasəti - TƏHLİL

RUSİYA SANKSİYALARIN LƏĞVİNDƏ MARAQLI DEYİL –Moskvanın "dovşana qaç, tazıya tut" siyasəti - TƏHLİL

 

Nikolay Kojanov

"Əl-Cəzirə”

 

Mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən imtina etməyi qərara alıb və İrana sərt sanksiya tətbiq edib. Bu hərəkət avropalı müttəfiqləri müqaviləni xilas etməyə sövq edib, iranlı rəsmilər isə Çin və Rusiyaya güvənməyə çalışırlar.

Bununla yanaşı, bəzi analitiklər Trampın Ortaq Kompleks Tədbirlər Planını (JCPOA) tərk etmək qərarından faydalanmağı təklif edir və ABŞ sanksiyalarının ləğvindən daha çox onların saxlanılmasında maraqlıdırlar.

Bu möhtəkirliklərdə müəyyən həqiqət olsa da, gerçəklik daha mürəkkəbdir.

 

Sanksiyaların Rusiyaya iqtisadi baxımdan faydası varmı?

 

2015-ci ildə JCPOA-nun imzalanmasından sonra belə, qüvvədə qalmış sanksiyalar Rusiya maraqlarına tamamilə uyğundur. Çünki Qərb investorlarının İran iqtisadiyyatına daxil olmasına maneə törədir, digər tərəfdən, Rusiya şirkətlərinin İran bazarına daxil olmasına elə də çətin sədd çəkmirdilər.

Nəticədə, 2017-ci il və 2018-ci ilin birinci rübü İranda rus biznesinin görülməmiş sıx fəaliyyət dövrü olub.

Ancaq Rusiya hökuməti müqavilənin tam şəkildə iflasını və İrana sərt sanksiyalar tətbiq edilməsini istəmirdi. Trampın qərarı ilə yeni qüvvəyə minmiş sanksiyalar, həqiqətən, Rusiya şirkətləri üçün daha çox iqtisadi imkanlar mənası vermir.

Əksinə, yaxın iqtisadi münasibətlər və Qərblə inteqrasiyası nəzərə alınsa, iri Rusiya biznesi ölkədə mövcudluğunu azaltmağa başlayacaq. Rusiya-Yaxın Şərq İxracat Mərkəzi – Rusiya baş prokurorunun oğlu İqor Çaykanın qurduğu şirkət İrandan çıxan ilk biznes qurumlarından biridir; o, İran ərazisində sutəmizləyici qurğular inşa etməli idi.

Daha sonra Rusiyanın ikinci böyük neft istehsalçısı "Lukoil” ölkədəki layihələri inkişaf etdirmə planlarını kənara qoyduğunu elan edib.

Rusiyanın digər neft şirkətinin – "Tatneft”in "Lukoil” şirkətinin nümunəsini təqib edəcəyi və iranlı tərəfdaşları ilə danışıqlardan imtina etməsi ehtimalı böyükdür.

Əlbəttə, ABŞ-ın sərt sanksiyalarının təkrar tətbiq etməsi mütləq şəkildə Rusiya-İran iqtisadi əlaqələrinin tamamilə kəsilməsi demək deyil. Onlar mütləq sağ qalacaq, lakin Buşəhr və Sirik stansiyalarının tikintisi kimi bir sıra birgə layihələrlə yanaşı, bəzi dəmir yol layihələri də məhdudlaşdırılacaq. Dövlət şirkəti olan "Rosneft” də Moskvanın siyasi mülahizələrə görə İranda qalmağa məcbur edilə bilər.

Bununla belə, 2015-ci ildəki kimi İran bir daha Rusiya və Qərbin böyük investisiyası üçün yalvarışlı durumda qalacaq.

 

Sanksiyaların sıravi iranlılara təsiri

 

Rusiya İranın neft bazarından çəkilməsindən də faydalana bilməz. Qısamüddətli perspektivdə bu, neft qiymətlərində müvəqqəti artım üçün zəmin yarada bilər, lakin Moskva belə bir inkişafda maraqlı deyil. 2000-ci illərin ortalarından – Rusiya energetika şirkətlərinin korroziyada yüksək neft qiymətlərindən məftun olduğu dövrdən fərqli olaraq, bu gün onları sabit artımın saxlanılması qayğılandırır.

Rusiya neft qiymətlərinin artmasının istehsal artımını təşviq edə biləcəyindən narahatdır və bu, alternativ enerji resurslarının inkişafı, son nəticədə hasilatda uzunmüddətli azalma yarada bilər. Bu, həqiqətən, Moskvanın yayınmaq istədiyi perspektivdir.

Ruslar neft qiymətlərinin daha da artması ilə maraqlanmırlar. Hazırda Kremlin daxili iqtisadi mənfəətlərinə uyğun olması və bazarın həddindən artıq "istiləşməsi”nə maneə törətdiyinə görə, Moskva onu 65-75 dollar arasında saxlamaq istəyir.

İranın neft istehsalında potensial azalma Venesuelanın neft sənayesində baş verən böhranla birləşərək bu məsələni çətinləşdirə bilər.

 

Rusiyanın götürə biləcəyi siyasi fayda varmı?

 

Trampın nüvə razılaşmasından çıxma qərarı, şübhəsiz ki, İranı Rusiyaya yaxınlaşdırıb. Eyni zamanda, JCPOA ilə ABŞ və Aİ arasındakı gərginlik Kremlə avropalılarla dialoqun bərpası üçün imkan yaradıb.

Həm Almaniya kansleri Angela Merkel, həm də Fransa prezidenti Emmanuel Makron son bir neçə ay ərzində Rusiyaya səfər ediblər və Moskva JCPOA-nu imzalayan ölkə statusundan Qərbin anti-Rusiya düşərgəsində bölünmə yaratmaq üçün istifadə edir.

Ancaq Moskva razılaşmanın iflasını müsbət siyasi inkişaf olaraq görmür. O, JCPOA ilə İranın postsovet məkanının ətrafında başqa bir "qaynar nöqtə” olmayacağına ümid etdiyini bildirir. Müqavilənin ləğvi ABŞ və İsrailin Tehrana qarşı düşmən hərəkətləri və ya hərbi təcavüzü ilə məşğul olması, ölkə iqtisadiyyatı və daxili siyasətini qeyri-sabitləşdirmə deməkdir. Mayın 8-dən sonra daxili və ya xarici gərginliyin artma şansı Moskvanı dərindən narahat edir.

JCPOA, həmçinin İranın "şər ölkə” statusunu ləğv etmək və tədricən beynəlxalq birliyə yenidən inteqrasiya etmək mənası verirdi. Bu, Rusiyanı şər ittifaqları yaratmaqda ittiham etmək təhlükəsi olmadan İslam Respublikası ilə regional məsələlərdə daha aktiv şəkildə əməkdaşlıq etməyə şərait yaradardı.

Bununla bərabər, saziş beynəlxalq birliyə Tehranın nüvə proqramını nəzarət altında saxlamağa izn verərdi. Rusiya hökuməti İranın nüvə silahı əldə etməsində maraqlı deyil. Bu, Rusiyanın maraqlarına zidd şəkildə bölgədə güc balansını ciddi şəkildə dəyişəcəyi deməkdir. Nüvəli İran digər, qeyri-sabit Yaxın Şərq ölkələrinə öz nüvə proqramlarını həyata keçirməsinə stimul verəcək.

ABŞ-ın sazişdən çıxmasından sonra Moskvanın seçənəkləri azdır. O, Obama administrasiyasının sanksiyalar rejiminə əsasən fəaliyyət göstərdiyi çağa dönə bilər, o zamanlar iki ölkə arasında biznes boz iqtisadi məkanda aparılıb. Daha sonra işgüzar münasibətlər Qərb bazarlarına qoşulmayan kiçik və orta sahibkarlıq müəssisələrinə üstünlük verib və buna görə də ABŞ sanksiyalarından təsirlənməyib.

Rusiya, həmçinin ABŞ-ın sanksiyalarından yayınmaq üçün qanuni yolları axtara, məsələn, neft üçün mal proqramı (barter müqaviləsi üsulu) və ya əməliyyatları milli valyutalarla həyata keçirəcək. Həm ticarət, həm də ticarətin asanlaşdırılmasına kömək etmək üçün o, kripto sxemlərdən istifadə etməyə çalışa bilər.

Nəhayət, Tramp administrasiyasının İranı dirədiyi dar fəzada Rusiya mümkün qədər çox şey etməyə çalışacağıq. Qısası, ABŞ düşmənçiliyi qarşısında Moskvanın İranı yalqız qoyması ehtimalı yoxdur.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti