Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Elçibəy iqtidarı rus qoşununu Azərbaycandan pulla çıxarıb (TƏFSİLAT)
Prezident Elçibəyin keçmiş mətbuat katibindən və sabiq baş nazirdən sensasiyalı açıqlamalar
AXC hakimiyyəti zamanında prezident
Əbülfəz Elçibəyin
mətbuat katibi olmuş
Arif Əliyev
moderator.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib.
A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: "Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar.
Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad” verilmişdi. Bu "Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət
Hüseynov
hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq.
Heydər Əliyev
bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi”.
A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.
Pənah Hüseyn: "Bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. O məbləğ ödənildi və silahlar alındı”
Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib. Deyilənlərlə bağlı Ə.Elçibəy iqtidarının dövlət katibi və baş naziri olmuş AXP sədri
Pənah Hüseyn
"Yeni Müsavat”a açıqlamasında bildirib ki, rus qoşunlarının Azərbaycandan çıxarılması iki formada və iki fərqli məsələni əhatə edir: "Birincisi, SSRİ dövründən qalmış silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsidir. İkincisi Rusiya diviziyasının çıxarılmasıdır. Azərbaycanda üç müxtəlif təyinatlı qoşun hissəsi olub. Bunlardan biri 4-cü ordudur və Zaqafqaziya hərbi dairəsinə tabe olub. Azərbaycanda üç diviziya var idi. Onlar Lənkəranda, Bakıda və Gəncədə yerləşirdi. Bundan əlavə, birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü diviziya da Azərbaycanda var idi. Bu diviziyaya Şerbak komandirlik edirdi. Bir də baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası yerləşirdi. 4-cü ordu və Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası Azərbaycandan 1992-ci il yayın sonunda çıxarıldı. Onu da deyim ki, bu məsələnin hüquqi əsası hələ SSRİ dövründə qoyulmuşdu. O dövrdə silahların məhdudlaşdırılması haqqında ”Paris müqaviləsi” var idi. Hələ SSRİ dağılmamış SSRİ-nin bir sıra regionlarından, o cümlədən Zaqafqaziyadan silahlı qüvvələrin ixtisarı məsələsi gündəmdəydi. SSRİ dağıldıqdan sonra həmin hərbi hissələrin əmlakı, silahları, Xəzər donanmasının Bakıda olan gəmilərinin Azərbaycan qanunvericiliyinə və dövlət müstəqilliyi aktına görə Azərbaycan Respublikasının mülkiyyətinə keçməsi elan olundu. Sonra isə bu barədə prezident fərmanı verildi və bunların təhvil-təslim prosesinə başlandı. Bu prosesin real həyata keçirilməsi ciddi maneələrlə qarşılaşmışdı. Keçmiş sovet silahlı qüvvələri o dövrdə MDB silahlı qüvvələri adı altında qeyd olunmuşdu və faktiki olaraq Rusiyaya tabe idi. 1992-ci ilin fevralında da Boris Yeltsinin xüsusi fərmanı oldu. Fərman keçmiş SSRİ silahlı qüvvələrinin müvəqqəti olaraq Rusiyanın tabeçiliyinə keçirilməsini nəzərdə tuturdu.
1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri
Rəhim Qazıyev
imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi”.
P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi: "Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi.
Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi.
104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib”.
P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub: "Surətə 2 min ”Kalaşnikov” avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə "Qrad” qurğuları verilməmişdi. "Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı”.
P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub: "22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.
Oxşar Xəbərlər
Sabiq Baş nazir rus ordusunun çıxarılmasında danışdı: "5 milyonluq tələb Rəsul Quliyevə həvalə olundu və..."
Rusiya kəşfiyyatı Azərbaycandan İŞİD-ə pul köçürmələrini qeydə aldı
Rusiya Azərbaycandan gedən yük maşınlarını niyə buraxmır? –Gömrükdən açıqlama
Qanunsuz ova gəlmiş ərəblər Azərbaycandan çıxarılıb –Nazirlik
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq